Özgür Ərdəm İncəsu () — iş adamı, iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırış deputatı.
Həyatı Özgür Ərdəm İncəsu 1979-cu ildə Ardahan ilinin Yalnızçam ilçəsində anadan olub. Bilkent Universiteti İqtisadi bölməsini bitirib. Birləşmiş Ştatların Kaliforniya Universitetində magistr dərəcəsi alıb.
İş adamı olaraq çalışıb. Gənclərbirliyi İdman Klubunun İdarə Heyətinin, Gənc İş adamları Dərnəyinin İdarə Heyətinin üzvüdür.
Siyasətə Cümhuriyyət Xalq Partiyasında (CHP) qoşulub. Çankaya Bələdiyyəsi Məclis sədrinin müavini vəzifəsində təmsil olunub. 2023-cü illərdə Ardahan ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. Avropa İttifaqına Uyğunlaşma Komissiyasının üzvüdür.
İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.
İstinadlar
Kateqoriya:TBMM XXVIII çağırış deputatları