İqbo yəhudiləri — Nigeriyanın İqbo xalqının iudaizmə etiqad edən nümayəndələri.

Yəhudi həyatı Nigeriyanın bəzi yerlərində müstəmləkəçilikdən əvvəlki dövrdən bəri sənədləşdirilmişdir, lakin iqbo xalqının İsrail mənşəli olduğunu iddia etdiyi və ya müstəmləkəçilik dövründən əvvəl iudaizmə etiqad etdiyi məlum deyil. 1967–1970-ci illərdə Biafran müharibəsi zamanı və ondan sonra İqbo xalqı arasında yəhudilərlə identifikasiya daha geniş yayılmışdır.

Regionda heç bir rəsmi siyahıyaalma aparılmamışdır və Nigeriyada İqbo əhalisinin hansı hissəsinin iudaizmə etirad etdiyinin dəqiq sayı məlum deyil. 2008-ci ildə ən azı 26 müxtəlif ölçülü sinaqoqa malik olan İqbo xalqının təxminən 30,000 nümayəndəsinin iudaizmin hansısa formasını tətbiq etdiyi bildirilir 2021-ci ildə Nigeriyada təxminən 70 fəal icmadan ibarət təxminən 12,000–15,000 nəfər əsas İqbo yəhudisinin olduğu bildirilmişdir. Bundan başqa, bu istiqamətdə 2,000–3,000Afsai, Shai, "R.I. visit builds bridge with Nigeria's Igbo Jews" , The Providence Journal, 15 December 2013. və ən çox 5,000 nəfər kimi daha mühafizəkar statistikalar da verilmişdir.

Tarixilik Xristian təhsili almış və azad edilmiş kölə olan iqboəsilli Olauda Ekvianonun geniş təsir əldə etmiş ifadəsində iqbo xalqının mənşəyinin yəhudi köçərilərindən olduğu iddia edilmişdir. 1789-cu ildə yazılmış avtobioqrafiyasında qeyd edilmişdir:Mənim həmvətənlərimin və yəhudilərin "Yaradılış"da təsvir olunduğu kimi, vəd edilmiş ölkəsinə çatmazdan əvvəl, hələ pastoral vəziyyət olduqları dövrdə davranış və adətlərində, xüsusən də patriarxlar haqqında üstünlük təşkil edən güclü bənzətmə məni bu xalqın digərindən törədiyini düşünməyə vadar etmişdir.Tənqidi tarixçilər Qərbi Afrika ilə bağlı XIX əsrdə və XX əsrin əvvəllərində nəşr olunmuş ədəbiyyatı nəzərdən keçirmişdilər. Onlar bu cür tarixi narrativlərin müstəmləkə və postmüstəmləkə keçmişində müxtəlif dövrlərdə onları təklif edən yazıçılar üçün hansı müxtəlif funksiyaları yerinə yetirdiyini aydınlaşdırmışdılar.

B.e. I minilliyində yəhudilərin Böyük Səhranın ticarət mərkəzlərində olmasına heç bir şübhə yoxdur, lakin iqbo xalqının tarixi yəhudi əhali ilə eyni vaxtda əlaqə saxladığına və ya hər hansı bir məqamda iudaizmi qəbul etməsinə, Avropa gücləri tərəfindən müstəmləkəçilik siyasətinə məruz qalmazdan əvvəl bu dinə etiqad etməsinə dair heç bir sübut yoxdur.

Dini əməllər İqbo yəhudilərinin dini adətlərinə oğlan uşağının doğulmasından səkkiz gün sonra sünnət edilməsi, koşer pəhriz qanunlarına riayət edilməsi, menstruasiya zamanı kişi və qadınların ayrılması, talit və kipa geyilməsi və Roş-Ha-Şana, Yom-Küpür, Hanukka,Miles, William F. S., "Among the Igbos of Nigeria During the Festival of Lights" , 2011. və PurimAfsai, Shai, "Hanging Haman with the Igbo Jews of Abuja" , The Times of Israel, 30 April 2013. kimi bayramların qeyd edilməsi daxildir.

Həmçinin bax Xristianlıq və iudaizm Abayudaya

İstinadlar

Xarici keçidlər Hebrew Karaite Community Igbo Bene Israel Re-Emerging: The Jews of Nigeria Kulanu Packing for Nigeria

Kateqoriya:Nigeriyada yaşayan etnik qruplar Kateqoriya:Yəhudi diasporu Kateqoriya:Yəhudi etnik qruplar