Xose Anxel Qurria Trevino (; ) — İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) yaradılmasından bəri beşinci Baş Katibi.
Bankir ailəsində anadan olub. 1972-ci ildə Meksika Milli Muxtar Universitetinin İqtisadiyyat fakültəsini, 1974-cü ildə Lids Universitetində (Böyük Britaniya), Harvard Universitetində və Cənubi Kaliforniya Universitetində (ABŞ) aspirantura təhsilini başa vurub.
1979-cu ildən Meksikanın Maliyyə Nazirliyində çalışıb, ölkənin xarici borcu ilə bağlı danışıqlarda iştirak edib.
1989–1992-ci illərdə Meksikanın maliyyə nazirinin müavini, 1992–1993-cü illərdə isə Meksika Xarici Ticarət Milli Bankının İdarə Heyətinin sədri olub.
Angel Gurría 1994-cü ilin dekabrında Meksikanı ağır iqtisadi böhrandan çıxardıqdan sonra dünyanın ən böyük maliyyəçilərindən biri kimi şöhrət qazandı (o zaman borc 28 milyard dollar idi). 1994-cü ildə ölkənin xarici işlər naziri vəzifəsini tutdu (1998-ci ilə qədər), bundan sonra 2000-ci ilə qədər maliyyə naziri olub. 1999-cu ildə Euromoney jurnalı Angel Gurríanı ən yaxşı maliyyə naziri, Davos Forumu tərəfindən nəşr olunan World Link jurnalı isə onu "ideal hökumətin" maliyyə naziri adlandırdı.
2005-ci ilin noyabrında OECD-nin Baş Katibi seçildi və 2006-cı ilin iyununda vəzifəsinin icrasına başlayıb və bu vəzifədə üç müddət — 2021-ci il iyunun 1-dək fəaliyyət göstərib.
İstinadlar
Kateqoriya:Beynəlxalq münasibətlər