Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) — Stokholmda yerləşən beynəlxalq institut. O, 1966-cı ildə yaradılıb və silahlı münaqişə, hərbi xərclər və silah ticarəti, eləcə də tərksilah və silahlara nəzarət üçün məlumat, təhlil və tövsiyələr təqdim edir. Tədqiqat açıq mənbələrə əsaslanır və qərar qəbul edən şəxslərə, tədqiqatçılara, mediaya və maraqlı ictimaiyyətə yönəlib.
İnstitutun təşkilati məqsədi beynəlxalq sülh və təhlükəsizlik üçün əhəmiyyət kəsb edən münaqişə və əməkdaşlıq məsələləri üzrə elmi araşdırmalar aparmaq və beynəlxalq münaqişələrin sülh yolu ilə həlli və davamlı sülh şərtlərinin dərk edilməsinə töhfə verməkdir.
İnstitut 2014-cü ildə Pensilvaniya Universitetinin Lauder İnstitutunun "Global Go To Think Tanks" hesabatına görə ABŞ-dan kənar dünya üzrə ən yaxşı üç araşdırma mərkəzləri arasında yer alıb. 2020-ci ildə SIPRI qlobal araşdırma mərkəzləri arasında 34-cü yeri tutub. İstinadlar
Xarici keçidlər
Kateqoriya:Beynəlxalq təşkilatlar Kateqoriya:Beynəlxalq elmi təşkilatlar Kateqoriya:Silahlara nəzarət