Mister Olimpiya 1967 — Bodibildinq üzrə ən populyar yarışın sayca üçüncüsü. Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının (IFBB) təşkilatçılığı ilə 1967-ci ilin sentyabrında Nyu-York şəhərində, Bruklin musiqi akademiyasının binasında keçirilmişdir.

İki əvvəlki yarışdan fərqli olaraq bu yarışmada idmançılara musiqi ilə çıxış etməyə icazə verilmişdi. El Muto ləqəbli kubalı, digər üç iştirakçını geridə qoyaraq yarışın qalibi seçildi. Serjio Oliva bu yarışı qazanan ilk və hələlik yeganə latın amerkalı idmançı oldu.

Serjio Olivaya IFBB-nin prezidenti Co Veyder tərəfindən 1000 dollar pul mükafatı və bürünc büst təqdim olundu.

YerMükafatİştirakçı11000Serjio Oliva, 2Çak Sayps, 3Harold Pul, 4Deyv Dreyper,

İstinadlar

Xarici keçidlər

Mr. Olympia

Kateqoriya:1967-ci ildə bodibildinq Kateqoriya:Mister Olimpiya yarışları Kateqoriya:Nyu-York ştatında idman Kateqoriya:ABŞ-də idman yarışları Kateqoriya:ABŞ-dəki hadisələr