və ya doğum adı ilə – Yaponiya müğənnisi və aktyoru. 1970-ci illərdə Yaponiyanın ulduz müğənnilərindən biri olmuşdur. Village People qrupunun "Y.M.C.A." mahnısının yapon versiyasını oxumasına görə tanınır.

Həyatı və karyerası 1955-ci ildə Yaponiyanın Hiroşima şəhərində doğulmuşdur. 1972-ci ildə müğənni kimi debüt etmiş və gənclər arasında populyarlaşmışdır. 1970-ci illərdə oxuduğu "Kizudarake no Laura" (1974), "Boomerang Street" (1977) və "Young Man" mahnıları (1979) hit olmuşdur. Hiromi Qo və Qoro Noquçi ilə birlikdə ləqəbini qazanmışdır.

Sayco 1980-ci illərdə Asiya ölkələrində çıxış etməyə başlamış, Sinqapur və Honkonq kimi xarici ölkələrdə fanat kütləsi toplamışdır. Həmin dövrdə Cənubi Koreyada yapon dilində ictimai performanslara icazə verilməsə də, 1988-ci ildəki Yay Olimpiya Oyunlarında ərəfəsində Koreyada bir tədbirdə çıxış etmişdir. 1998-ci ildə Yaponiya ilə Çin arasında dostluq müqaviləsinin imzalanmasının 20 illiyini qeyd etmək üçün Çinə səfər etmiş və Böyük Çin səddinin qabağında çıxış etmiş ilk yapon olmuşdur.

1974–1975-ci illərdə yayımlanmış "Kantaro Terauçinin ailəsi" serialında çıxış etmişdir. Onun manqa əsasında çəkilmiş "Sevgi və dürüstlük" filmi gəlir baxımından böyük uğur qazanmışdır. 1990–1992-ci illərdə yayımlanmış "Chibi Maruko-chan" anime serialının ikinci bağlanış mahnısı olan mahnısını ifa etmişdir.

Ölümü Saijo 2003 və 2011-ci illərdə insult keçirmiş, nəticədə, nitq qabiliyyəti pozulmuşdur. Buna baxmayaraq, karyerasına davam etmişdir. Sağalmaq üçün reabilitasiya proqramlarına qatılmışdır. Son performansı 2018-ci ilin aprelində baş tutmuşdur. 25 aprel 2018-ci ildə evində huşunu itirmiş vəziyyətdə tapılmış və Kanaqava prefekturasının Yokohama şəhərində yerləşən bir xəstəxanaya aparılmışdır. 16 may 2018-ci ildə ürək çatışmazlığı səbəbilə ölmüşdür.

Şəxsi həyatı Miki Makihara ilə evlənmişdir. 2011-ci ildə baş vermiş Tohoku zəlzələsindən sonra zərərçəkənlər üçün xeyriyyə kampaniyasında iştirak etmişdir. Hobbi kimi bağbanlıqla məşğul olurdu.

İstinadlar

Xarici keçidlər Hideko Sayco Oricon saytında

Kateqoriya:Yaponiya aktyorları Kateqoriya:Yaponiya baritonları Kateqoriya:Ürək çatışmazlığından ölənlər