Tomas Barker () — rəssam.

Həyatı Barker 1769-cu ildə Monmutşirdəki Pontipol kəndi yaxınlığındakı Trosnantda anadan olub.Rees, Thomas Mardy. "BARKER family, of Pontypool, etc., artists.". Dictionary of Welsh Biography. National Library of Wales. Retrieved 21 October 2021. Onun atası Benjamin Barker bir vəkil oğlu idi. O həm də rəssamlıqla məşğul olurdu. Atası sadəcə at portleri çəkirdi.Faces of Wales Archived 3 August 2010 at the Wayback Machine National Museum Wales

Barker heç vaxt rəsm dərsi almamışdır. Buna baxmayaraq yeniyetməlik yaşlarından bəzi fiqur və mənzərə rəsmləri çəkirdi. O, on altı yaşında olanda ailəsi Bata köçdü. Burada Çarlz Spakman adlı varlı adamın yanında istedadı üzə çıxdı və bir sənətkar kimi inkişaf etdi.

Sənəti Barker təxminən əlli il ərzində Kral Akademiyasında və Britaniya İnstitutunda sərgi iştirakçısı olub. Bu müddət ərzində onun yüzə yaxın əsərləri nümayiş olunub. O, müxtəlif mövzularda rəsmlər çəkirdi.

İlk əsəri cənab Maklinə 500 qvineyaya satıldı. İkincisi, eyni məbləğə, Lord V. Paulettinə satıldı. 1821-ci ildə çəkdiyi Kraliça Karolinanın Məhkəməsi adlı rəsmi əsərində bir çox məşhur insanların portretləri yer alırdı.

Ədəbiyyat Brayan, Maykl. Bryanın Rəssamlar və Oymaçılar Lüğətində "Barker, Tomas", cild. I (A–K), London: George Bell & Sons, 1886 Riçard. Filadelfiya İncəsənət Muzeyində Britaniya Rəssamlığı kitabının 9–12-ci səhifələri: On yeddincidən on doqquzuncu əsrə qədər, Filadelfiya İncəsənət Muzeyi, 1986-cı il. Ellis, Endi (rejissor); Roe, Sonia (redaktor); Dennis, Georgina (kataloq üzrə koordinator); və b. (2007). Staffordşirdə ictimai mülkiyyətdə olan yağlı boya tablolar. London: İctimai Kataloq Fondu. səh. 23

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Britaniya rəssamları Kateqoriya:XIX əsr rəssamları Kateqoriya:XVIII əsr rəssamları Kateqoriya:Əlifba sırasına görə rəssamlar Kateqoriya:Əlifba sırasına görə şəxslər