Burcugül Çubuq () — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.

Həyatı Burcugül Çubuq 1985-ci ildə Afyonqarahisar ilinin Emirdağ ilçəsində anadan olub. 2001-ci ildə Antalyada liseydə təhsil alan illərdə İnqilabçı Lisey Şagirdlərinin (DEV-LİS) üzvü olub. Anadolu Universiteti Təhsil Bölməsindən məzun olub.

Gənc-Sən Tələbə Gənclər Birliyinin qurucularından olub. SDP üzvü olub. Qadınların Azadlığı Qrupunda təmsil olunub. 2009-cu ildə Sülh Naminə Qadınlar Təşəbbüsünün yaradılmasında yer alıb. 2015-ci ildə İnqilabçı Partiyasının qurucularından olub və sədr müavini vəzisində təmsil olunub.

2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İzmir ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Rəqəmsal Media Komissiyasının üzvü vəzifəsində təmsil olunub.

İstinadlar

Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Türkiyənin qadın deputatları