Keskin Bayındır () — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.

Həyatı Keskin Bayındır 1984-cü ildə Batman ilinin Sason ilçəsində anadan olub. İbtidai, orta və lisey təhsilini Batmanda alıb. 2007-ci ildə İnönü Universiteti Təhsil Bölməsindən məzun olub.

2018-2019-cu illərdə HDP Məclis üzvü olub. 30 noyabr 2019-cu ildən Bölgələr Partiyasının (DBP) həmsədridir.

27 noyabr 2022-ci ildə “silahlı terror qrupuna üzv olmaq” ittihamı ilə həbs edilib, 22 mart 2023-cü ildə isə azadlığa buraxılıb.

2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Batman ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. Parlamentdə Bölgələr Partiyasını təmsil edib.

Evli və 2 uşaq atasıdır.

İstinadlar

Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Türkiyə siyasi partiyalarının sədrləri