Levon Yeramyan (; ) — erməni sovet aktyoru. Azərbaycan SSR xalq artisti (1938). Tiflisdə Erməni Dram Teatrının yaradıcılarından biri (1921).

Həyatı O, ilk dəfə 1910-cu ildə Tiflisdə Yeni Dram Teatrının səhnəsinə çıxıb, sonra Zubalova adına Tiflis Xalq Evinin truppasında çıxış edib.

1924–1926 və 1929–1938-ci illərdə Bakıda, 1928–1929-cu illərdə Leninakanda erməni teatrlarında çalışıb.

Bakı erməni teatrında oynadığı rollar arasında Karl Mur, Ferdinand, Neznamov; Pepo, Seyran (Şirvanzadənin "Namus" əsəri), Qodun, Kreçet aid idi.

Həyat yoldaşı Astra Yeramyan Ermənistan SSR xalq artisti (1961) idi.

Levon Yeramyan Bakıda Montin qəbiristanlığında dəfn edilib. Abidə Teatr Cəmiyyətinin vəsaiti hesabına ucaldılıb.

İrsi Bakı Erməni Teatrı 1939-1949-cu illərdə Yeramyanın adını daşıyıb. İstinadlar

Ədəbiyyat Театральная энциклопедия. Том 2/Глав. ред. П. А. Марков — М.: Советская энциклопедия, 1963 Բարսեղյան Ա., Լևոն Երամյան, Երևան, 1962 Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Azərbaycan teatr xadimləri