Ərtoğrul Gazi Konal () — şəhər planlayıcısı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.

Həyatı Ərtoğrul Gazi Konal 1987-ci ildə Almaniyanın Ştutqart şəhərində anadan olub. Karadeniz Universiteti Tədqiqat və Kadastr Bölməsindən, Ordu Universiteti İnşaat Texnologiyaları Bölməsindən və Anadolu Universiteti Biznes və İqtisadiyyat Bölməsindən məzun olub.

Enerji sistemləri və şəhərsalma sahələrində çalışıb.

2018-2022-ci illərdə MHP Giresul il şöbəsinin sədri olub.

2023-cü ildə MHP namizədi olaraq Giresun ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai İşlər, Zonalaşdırma, Nəqliyyat və Turizm Komissiyasının üzvü vəzifəsində təmsil olunub.

İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.

İstinadlar

Kateqoriya:TBMM XXVIII çağırış deputatları