Məhəmməd Levent Bülbül () — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı.

Həyatı Məhəmməd Levent Bülbül 1980-ci ildə Sakarya ilində anadan olub. Çankaya Universiteti Hüquq Bölməsindən məzun olub. Qazi Universiteti Sosial Elmlər İnstitutunda özəl hüquq üzrə magistr dərəcəsi alıb.

Hüquqşünas olaraq çalışıb.

Uzun illərdir MHP üzvüdür. 2009-2013-cü illərdə MHP Hende ilçə sədri, 2013-2018-ci illərdə isə MHP Sakarya il sədri vəzifəsində çalışıb.

2018 və 2023-cü illərdə MHP namizədi olaraq Sakarya ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 27-ci çağırışda TBMM Ədalət Komissiyasının üzvü, 28-ci çağırışda isə TBMM Konstitusiya Komissiyasının üzvü vəzifəsində təmsil olunub. 6 noyabr 2018-ci ildən MHP TBMM qrupunun sədr müavinidir.

İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.

İstinadlar

Kateqoriya:TBMM XXVII çağırış deputatları Kateqoriya:TBMM XVIII çağırış deputatları