Selcan Hamşıoğlu () — jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.
Həyatı Selcan Hamşıoğlu 1978-ci ildə Təkirdağ ilində anadan olub. İstanbul Universiteti Ədəbiyyat Bölməsindən məzun olub.
Kanal 59 və Radyo 59da müxbir olaraq çalışıb. Kurultay, Ortadoğu və Yeniçağ qəzetlərində məqalələri dərc olunub.
2023-cü ildə İYİ Partiyanın namizədi olaraq Təkirdağ ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Rəqəmsal Media Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
İngiliscə və italyanca bilir. Evli və 1 uşaq anasıdır.
İstinadlar
Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Türkiyənin qadın deputatları