Hakan Şərəf Olgun () — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.
Həyatı Hakan Şərəf Olgun 1967-ci ildə Afyonqarahisar ilinin Çay ilçəsində anadan olub. Baytar Sağlamlıq Peşə Liseyini bitirib. Daha sonra isə Ankara Universiteti Hüquq Bölməsindən məzun olub.
1984-1988-ci illərdə Ankara ilinin Çubuğ, Elmadağ və Mamağ ilçələrində Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyində baytar sağlamlıq işçisi olaraq çalışıb. Hüquq təhsili aldıqdan sonra hüquqşünas olaraq çalışıb. 1990-cı ildə Afyonqarahisar Bürosunda, 2003-cü ildə isə İstanbul Bürosunda çalışıb. Çay Ticarət və Sənaye Palatasının 2001-ci ildə Məclis üzvü, 2003-2009-cu illərdə isə Məclis İdarə Heyətinin sədri vəzifələrində çalışıb.
Siyasi fəaliyyəti ərzində Ana Vətən Partiyası, Türkiyə Partiyası və İYİ Partiyanın üzvü olub. 1994-cü il bələdiyyə seçimlərində İl Məclisinin üzvü seçilib. 2009-2010-cu illərdə Türkiyə Partiyasının Afyonqarahisar il şöbəsinin qurucu sədri olub. 2021-ci ildən İYİ Partiyanın üzvüdür.
2023-cü ildə İYİ Partiyanın namizədi olaraq Afyonqarahisar ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Ədalət Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
İstinadlar
Kateqoriya:TBMM XXVIII çağırış deputatları