Ələddinin sehrli çırağı (rusca: Волшебная лампа Аладдина, Rom: Volşebnaya lampa Aladdina) — "Min bir gecə" nağıllarında adı keçən Ələddinin nağılının əsasında rejissor Boris Rytsarev tərəfindən 1966-cı ildə çəkilmiş olan sovet fantastika filmidir.
Süjet xətti
Ələddin yoxsul ailədə böyümüş gəncdir. Sultanın qızı şahzadə Budurun yer üzünün ən gözəl qadını olduğunu yaxşı bilir. Ancaq şahzadənin üzünü heç vaxt görməyib. Çünki zalım Sultan qızına baxmağa cürət etmiş insanların boynunu vurdurur. Günlərin bir-günü şahzadə öz şıltaqlığı ilə Ələddini ona baxmağa vadar edir və onu ölüm təhlükəsi qarşısında qoyur. Ələddin keşikçilərdən qaça bilsə də, pisniyyətli cadugərlə rastlaşır. Cadugər onun bütün arzuları yerinə yetirə bilən sehrli çırağı axtarmasını istəyir. İçində cin oturan çırağı Ələddindən başqa heç kim tapa bilməz...
İstinadlar Kateqoriya:Rusca filmlər Kateqoriya:SSRİ nağıl filmləri Kateqoriya:1966-cı ilin filmləri Kateqoriya:Maksim Qorki adına kinostudiyanın filmləri