Ruslan Borisoviç Xomçak (; ) — Ukrayna hərbi xadimi, general-polkovnik, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin birinci müavini, keçmişhttps://en.interfax.com.ua/news/general/758177.html Valerii Zaluzhnyi appointed as Commander-in-Chief of Ukraine's Armed Forces instead of Khomchak – Zelensky's press secretary Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, 28 mart 2020-ci il tarixinə qədər Baş Qərargah rəisi.Zelensky appoints Khomchak Chief Commander of Armed Forces, Korniychuk Chief of General Staff , Interfax-Ukraine (28 March 2020)
Əvvəllər 21 may 2019-cu il tarixindən etibarən Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsini Baş Qərargah rəisi vəzifəsi ilə birləşdirmişdir. Prezident Vladimir Zelenskinin 28 mart 2020-ci il tarixli fərmanı ilə Ali Baş Komandan və Baş Qərargah rəisi vəzifələri bölünmüşdür. Həmin gün Zelenski Xomçakı Baş Qərargah rəisi vəzifəsindən azad etmiş və onu Silahlı Qüvvələrin Baş Komandanı, eyni zamanda Sergey Korniyçuku Baş Qərargah rəisi təyin etmişdir.
27 iyul 2021-ci ildə Ruslan Xomçak Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsindən azad edilmiş və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin birinci müavini vəzifəsinə təyin olunmuşdur.
Ailəsi Xomçak Anna Kovalenko ilə evlidir. Follows her husband: the government approved the dismissal of Khomchak's wife from the post of head of the Chernihiv Regional State Administration , TSN (28 July 2021) Kovalenko vətəndaş fəalı, jurnalist, "Avromeydan"ın fəal iştirakçısı, Ukraynanın üç müdafiə nazirinin keçmiş müşaviri və Ukraynanın informasiya siyasəti naziridir. O, 13 oktyabr 2020-ci ildən 4 avqust 2021-ci ilə qədər Çerniqov Regional Dövlət Administrasiyasının rəhbəri olmuşdur.Zelensky appoints head of Chernihiv Regional State Administration , Ukrinform (4 August 2021)
2021-ci ilin yanvarında cütlüyün qızı Mariya anadan olmuşdur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Ukrayna hərbçiləri Kateqoriya:Rusiya–Ukrayna müharibəsi iştirakçıları Kateqoriya:Ukrayna tərəfindən Rusiya–Ukrayna müharibəsi iştirakçıları Kateqoriya:Donbass müharibəsi iştirakçıları Kateqoriya:Ukrayna general-polkovnikləri Kateqoriya:Ukrayna general-leytenantları