Azərbaycan SSR əməkdar jurnalisti () — Azərbaycan SSR-də jurnalistika sahəsində fərqlənmiş şəxslərə 1983-cü ildən verilən fəxri ad.

Tarixi və əsasnaməsi "Azərbaycan SSR əməkdar jurnalisti" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 avqust 1983-cü il tarixli Fərmanı ilə təsis edilmişdir.

Fəxri ad jurnalistika işində azı 15 il stajı olan SSRİ Jurnalistlər İttifaqı üzvlərinə, qəzet, jurnal, nəşriyyat redaksiyaları, teleqraf agentliyi, televiziya radio verilişləri işçilərinə, ştatdankənar müxbirlərə, fəhlə-kəndli müxbirlərinə verilirdi.

5 fevral 1991-ci ildə Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılmasından, daha sonra isə Azərbaycanın müstəqillik əldə etməsindən sonra "Azərbaycan SSR jurnalisti" fəxri adı heç bir hüquqi sənəd qəbul olunmadan 1993-cü ilədək "Azərbaycan Respublikasının əməkdar jurnalisti" adı ilə verilmişdir.

İstinadlar

Həmçinin bax Azərbaycan SSR əməkdar mədəniyyət işçisi Azərbaycan SSR əməkdar poliqrafçısı Azərbaycanın fəxri adları

Kateqoriya:Azərbaycan SSR fəxri adları