Müsnəd əl-Humeydi () — Məhəmməd peyğəmbərin həyat və fəaliyyətinə dair Əbu Bəkr əl-Humeydi tərəfindən tərtib edilmiş hədislər toplusu.

Müəllif Kitabın müəllifliyini bu müsnədin dəqiq olaraq "Müsnədül-Humeydi" adı ilə tanınması, eləcə də məcmuədə nəql olunan bütün hədislərin şəxsən əl-Humeydiyə gedib çıxması təsdiq edir. Kitabdakı hədislərin mənbələri əl-Humeydinin müəllimləri və şeyxləridir (məsələn: Süfyan ibn Uyeynə).

Əsər "Müsnəd əl-Humeydi"də Məhəmməd peyğəmbərin 182 səhabəsindən 1300-ə yaxın hədis toplamışdır ki, bunlardan 582 hədis "Səhihi-Buxari"dən, 152 hədis isə Müslüm ibn əl-Həccacdandır (yəni 1300 hədisdən 830-u səhihdir). "Müsnəd"də səhih hədislərlə yanaşı, yaxşı (həsən) və zəif hədislər də vardır. Sonrakı tədqiqatçıların fikrincə, zəif hədislərin sayı ümumi hədislərin 7%-ni təşkil edir. Bu sünni hədis alimləri arasında əl-Humeydidən gələn rəvayətlərə yüksək dərəcədə etibarlılıq və etibara dəlalət edir. Əl-Humeydi Süfyan ibn Uyeynənin güclü tələbələrindən biri, əş-Şafiinin dostu, əl-Buxari, əz-Zöhli, Əbu Zura ər-Razi və Əbu Hətim ər-Razinin müəllimi idi.

İstinadlar

Kateqoriya:Sünni hədis topluları Kateqoriya:X əsrin ərəb dilində kitabları Kateqoriya:IX əsrin ərəb dilində kitabları