Siyahı S/SŞəhidRütbəsiSQQısa tərcümeyi-halı1.Təbriz Yaqubov Abuzər oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları1957-ci ildə Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub. 1992-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin əsgəri kimi Birinci Qarabağ müharibəsinə qatılıb. Ağdam rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. Təbriz Yaqubov 1992-cü ildə Ağdam rayonu uğrunda gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Bum qəsəbə qəbiristanlığında dəfn edilib.2.Yəhyayev Əfqan Hacıağa oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları30 oktyabr 1972-ci ildə Xaçmaz rayonu Çiləgir (Xaçmaz) kəndində anadan olub. Ailədə 5 qardaş və 1 bacı ümumlikdə 6 uşaq olmuşdular. Ailədə yaşca ən böyük uşaq Əfqan olmuşdur. 1-ci sinifdən 8-ci sinifə kimi Çiləgir kənd məktəbində, 9 və 10-cu sinifləri Nərəcan kənd orta məktəbində təhsil almışdır. 1991-ci il fevral ayında 1-ci Qarabağ müharibəsinə könüllü olaraq qatılmışdır.7 oktyabr 1992-ci ildə Xocəvənd rayonu Kuropatkino kəndi uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Xaçmaz rayonu Çiləgir kənd qəbiristanlığında dəfn olunmuşdur. Subay idi. 5 dekabr 2011-ci ildə Əfqan Yəhyayevin şəhid olduğu ərazidə Xocavənd Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə xatirə kompleksi yaradılıb. Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarına əsasən Xaçmaz rayon Çiləgir kənd tam orta məktəbinə Əfqan Yəhyayevin adı verilib.3.Yəhyayev Oktay Qənbər oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları 4 may 1971-ci ildə Astara rayonunun Şiyəkəran kəndində anadan olub. 1988-ci ildə Şiyəkəran kənd tam orta məktəbini bitirib. 1990–1992-ci illərdə hərbi xidmətdə olub. 12 sentyabr 1992-ci ildə müharibənin qızğın yerinə – Ağdamın Seyidlər kəndinə yollanıb. 5 oktyabr 1992-ci ildə şəhidlik zirvəsinə ucalıb.

İstinadlar

Y