Qırmabadam — Azərbaycan mətbəxinə aid şirniyyat növüdür.
Lazım olan məmulatlar Qirməbadam düyü unu, şəkər, badam və ədviyyatlardan hazırlanan halvadır. Badam fındıq və ya qozla əvəz edilə bilər. Qırmabadam bişdikdən sonra mecməyi nimçəyə tökülür və sərin yerdə qoyulur. Qırmabadam bərkidikdən sonra kəsilir və üzərinə düyü unu səpilir. Bundan sonra isə süfrəyə verilə bilər.
I variant
Düyü unu — 85 q, şəkər tozu — 650 q, fındıq ləpəsi — 280 q, yumurta ağı — 35 q, limon turşusu — 1 q, keşniş toxumu – 2 q.
İstinadlar
Xarici keçidlər Mətbəx sirləri: Qırmabadam.
Kateqoriya:Azərbaycan şirniyyatları