Çərəli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd.

Tarixi 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.

Toponimikası Çərəli kəndi dağlıq ərazidə yerləşir. Çərəli toponimi ərazinin quraq olduğu üçün çərə, çöl mənası ilə uzlaşdırılır. Yaşayış məntəqəsini Sofulu tayfalarına mənsub ailələr Çərəli adlı ərazidə salmışlar. Sofululular keçmişdə yayı indiki Ermənistanın Qarakilsə rayonunda, qışı isə Qarabağda keçirirdilər. Sonralar onların oturaq həyata keçmələri ilə bağlı Azərbaycanda bir neçə Sofulu kəndi meydana gəldi. Etnotoponimdir. Qazax rayonunun İkinci Şıxlı kəndində çərəlilər nəsli yaşayır. Ağstafa rayonunun Sadıxlı kəndində Çərəlinin dəyirmanı adlı mikrotoponim qeydə alınmışdır. Cənubi Azərbaycanda da eyniadlı kənd mövcuddur.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Coğrafiyası və iqlimi Çərəli kəndi dağlıq ərazidə yerləşir. İqlimi əsasən quraqdır. Tütünçülük, maldarlıq təsərrüfatı inkişaf etmişdir.

Tanınmış sakinləri Kamran Hüseynov (1913–2006) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, "Şöhrət" ordeni laureatı.

Həmçinin bax Qubadlı rayonu

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti

Kateqoriya:Qubadlı rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri