Rojava münaqişəsi və ya Rojava inqilabı — Suriyanın şimalında baş verən siyasi çevriliş və hərbi münaqişə.
2011-ci ildə başlayan Suriyada vətəndaş müharibəsi zamanı Demokratik Birlik Partiyasının rəhbərlik etdiyi kürdlərin çoxluq təşkil etdiyi koalisiya, eləcə də bəzi digər kürd, ərəb, aysor və türkmən qrupları de-fakto muxtar regionun yaradılması üçün yeni konstitusiya yaratmağa cəhd göstərmişdilər, hərbi qanadlar və müttəfiq milislər regiona nəzarəti saxlamaq üçün mübarizə aparmışdılar. Bu, 2016-cı ildə Şimali və Şərqi Suriyanın Muxtar Administrasiyasının (ŞŞSMA) yaradılmasına səbəb olmuşdur
ŞŞSMA-nın tərəfdarları bildirirlər ki, hadisələr həm döyüş meydanında, həm də yeni formalaşmış siyasi sistemdə qadınların oynadığı mühüm rola malik sosial inqilab, həmçinin libertarian sosializmin bir forması olan, desentralizasiya, gender bərabərliyi və birbaşa demokratiya vasitəsilə yerli idarəetmə ehtiyacının ödənilməsini tələb edən demokratik konfederalizmin həyata keçirilməsidir.
Həmçinin bax Suriya Demokratik Qüvvələri
İstinadlar
Kateqoriya:Suriyada vətəndaş müharibəsi Kateqoriya:Sosialist feminizm Kateqoriya:Şimali və Şərqi Suriya Muxtar İdarəsi Kateqoriya:Kürdüstan müstəqillik hərəkatı Kateqoriya:XXI əsr inqilabları Kateqoriya:İslamla əlaqəli mübahisələr Kateqoriya:2016-cı ildəki münaqişələr Kateqoriya:2020-ci illərdəki inqilablar Kateqoriya:2010-cu illərdəki inqilablar