Azər Xəlilov — Telejurnalist. Azad Azərbaycan TV-nin prezidenti(2017-ci ildən), CBC Telekanalının baş direktoru (2013–2017), Azərbaycan Respublikasının əməkdar jurnalisti, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni laureatı.
Həyatı Azər Nəriman oğlu Xəlillov 25 fevral 1959-cu ildə Bakıda doğulub. Paytaxtdakı 134 saylı məktəbdə orta təhsil, Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb.
İş fəaliyyəti 1990-cı ildən Böyük Britaniyanın nüfuzlu BBC teleradiokompaniyasında işə başlayıb.2001-ci ildən etibarən BBC-Azərbaycan Xidmətinə rəhbərlik edib. Uzun illər Birləşmiş Krallığın paytaxtı Londonda – BBC-nin mərkəzi ofisində, həmçinin Bakıda çalışıb. 2012-ci ildə BBC-dəki işinə son verib. O, həmin il yaradılan "ATV International" televiziyasına rəhbərlik etməyə başlayıb. İki il bu vəzifəni icra etdikdən sonra – 2013–2017-ci illərdə "ATV International"ın bazası əsasında yaradılan CBC (Caspian International Broadcasting Company) telekanalına rəhbərlik edib.
2017-ci ildən ATV telekanalına rəhbərlik edir.
Mükafatları Prezident İlham Əliyevin 20 iyul 2015-ci ildə imzaladığı "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri əməkdaşlarına fəxri adların verilməsi haqqında" sərəncamı ilə əməkdar jurnalist fəxri adına layiq görülüb.
2024-cü il 5 martda Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Xarici keçidlər ATV-nin yeni prezidenti kimdir – Dosye/Foto Azər Xəlilovun qardaşı da televiziya rəhbəri oldu
Azər Xəlilov Mirşahinə cavab verdi: "ATV öz yerini bilir, söyüldükcə baxılır"
Azər Xəlilov: ""ATV Səhər" və "Yoxlama" verilişləri bağlanıb, üç nəfər işdən çıxmaq üçün müraciət edib"
Azər Xəlilov "Prokurorluğun dostu" mükafatına layiq görüldü
Azər Xəlilov "ATV"-dəki kütləvi ixtisarlardan danışdı Azər Xəlilov ATV-dəki son durumu açıqladı — "İki veriliş bağlandı" ATV-nin prezidenti Azər Xəlilov — Yeni vitse-prezident xəbərini YALANLADI
İstinadlar