Seysmik qurşaqlar– Tektonik zəlzələlərin müəyyən zonalar daxilində seysmik qurşaqların daxilində cəmləşməsidir. Alp-Himalay və Sakit okean ərazilərində zəlzələlər sıx cəmləşərək seysmik qurşaqlar əmələ gətirilər
Sakit okean seysmik qurşağı Bu zonalardan ən böyüyü Sakit okean seysmik qurşağıdır. Kamçatkanın şərq sahillərindən başlayan bu zona Aleut adalarını keçməklə Alyaskaya doğru uzanır. Bu zona daxilində seysmiklik çox yüksəkdir. Kaliforniya ərazisi istisna olmaqla, onun cənub hissəsində seysmikliyin səviyyəsi nisbətən azalır. Sonra qurşaq mərkəzi Meksika, oradan isə Sakit okean sahilləri boyu cənubi Amerikaya tərəf uzanır. Digər tərəfdən bu iri seysmik qurşaq Kuril və Yapon adaları boyu keçir. Mərkəzi Yaponiyada zona iki-şərq və qərb qollarına ayrılır. Şərq qolu cənubda Marian adalarına qədər, Qərb qolu isə Filippin adalarını keçməklə cənuba doğru istiqamətlənir. Dünyada baş verən bütün zəlzələlərin 90 %-i, o cümlədən fəlakətli zəlzələlərin böyük əksəriyyəti bu zonada baş verir.
Alp-Himalay seysmik qurşağı Yüksək seysmik aktivliyə malik digər zona Alp-Himalay seysmik qurşağı hesab edilir. Bu qurşaq Aralıq dənizindən başlayaraq Yunanıstan, Türkiyə, Qafqaz, İran ərazilərindən keçməklə Hindistanın şimalına qədər uzanır. Yerdəki zəlzələlərin 5–6 %-i bu qurşaq daxilində baş verir. Qalan 4–5 % zəlzələlər isə orta okean dağ sıralarını və rift zonalarını əhatə edən zolaq daxilində baş verir. Qafqaz, o cümlədən Azərbaycan, eləcə də Xəzər dənizi Alp-Himalay qırışıqlıq sisteminin tərkib hissələrindən olub, Avrasiya və Ərəbistan tektonik plitələrinin kollizion təmas zonasında yerləşir və kifayət qədər yüksək seysmik aktivliklə səciyyələnir.
Həmçinin bax AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Arif Həsənov (seysmoloq) Qurban Yetirmişli Tahir Məmmədli Merkalli şkalası Rossi-Forel şkalası Medvedyev-Şponhoyer-Karnik şkalası Zəlzələ Maqnituda
İstinadlar
Xarici keçidlər Earthquake belts The Science Behind the Massive Turkey-Syria Earthquakes
Kateqoriya:Seysmologiya Kateqoriya:Azərbaycan Milli Elmlər Akademiyası