Yaşar Universiteti (türk. Yaşar Üniversitesi) — Türkiyənin İzmir şəhərində yerləşən universitet. Universitetdə dərslər türk və ingilis dillərində keçirilir. Yaşar Universiteti Türkiyədə İngilis Dili Proqramı Akkreditasiya Komissiyası tərəfindən akkreditə olunmuş ilk universitetdir.
Tarixi 1999-cu ildə Səlcuk Yaşar İdman və Təhsil Vəqfi İzmir şəhərində müasir bir universitet olaraq Yaşar Universitetini qurmaq qərarına gəldi. Türkiyə Böyük Millət Məclisi universitetin yaradılması haqqında qanunu 29 mart 2001-ci ildə təsdiqlədi. 2002-ci ildə universitetin Alsancak korpusunda təhsilə başlanıldı.
Akademik strukturu thumb|upright=1 | right
Yaşar Universiteti 25 fərqli akademik proqramı olan 7 bakalavr fakültəsinə bölünür.
Fakültələri
Elm və Ədəbiyyat Fakültəsi İngilis dili və ədəbiyyatı Riyaziyyat Statistika Psixologiya Tərcümə
Memarlıq fakültəsi Memarlıq Daxili memarlıq Ətraf Mühitin dizaynı
Mühəndislik fakültəsi Kompüter mühəndisliyi Elektrik və Elektronika mühəndisliyi Enerji Sistemləri mühəndisliyi Sənaye mühəndisliyi Proqram mühəndisliyi
Kommunikasiyalar fakültəsi İctimaiyyətlə Əlaqələr və Reklam Radio, Kino və Televiziya Vizual kommunikasiya dizaynı
İqtisadiyyat və İnzibati Elmlər fakültəsi Bütün şöbələr üçün tədris dili ingilis dilindədir.
Biznesin idarə edilməsi İqtisadiyyat Beynəlxalq Logistika İdarəetməsi Beynəlxalq Ticarət və Maliyyə Səyahətlərin İdarə edilməsi və Turizm rəhbərliyi Beynəlxalq əlaqələr
İncəsənət və Dizayn fakültəsi Kino dizaynı Qrafik dizayn Sənaye dizaynı Musiqi
Hüquq fakültəsi Hüquq üzrə LLB (Onlayn dərslər)
Xarici dillər fakültəsi Yaşar Universitetinin Xarici Dillər fakültəsi ingilis dilini bilməyən tələbələr üçün ingilis dilində hazırlıq kursu təklif edir. Xarici Dillər Məktəbində tədris olunan digər dillərə rus, ispan, italyan, alman, yapon, fransız və portuqal dilləri daxildir.
Magistratura Magistratura proqramı iki magistratura məktəbindən ibarətdir:
Sosial Elmləri Ali məktəbi Təbiət və Tətbiqi Elmlər Ali məktəbi
İnstitutları Lisansüstü təhsil İnstitutu
Kollecləri Kolleclərində (Lisansüstü məktəblər) 22 müxtəlif magistratura və PhD proqramı və
9 subbakalavr proqramı var.
Kampusları
Elektron Məlumat və Sənədləşmə mərkəzi Yaşar Universitetinin Elektron Məlumat və Sənədləşmə Mərkəzi Universitetin milli və beynəlxalq səviyyədə təhsil və tədqiqat missiyasına əlavələr edir. Tələbələr və müəllimlər audio-vizual materiallar, jurnallar və qəzetlər də daxil olmaqla müxtəlif mənbələrdən istifadə edə bilirlər. Elektron Məlumat və Sənədlər mərkəzi Konqres Kitabxanasının təsnifat sisteminə uyğun olaraq təsnif edilir. Elektron resurslara daxildir: 50.000-dən çox elektron kitab və 19.000 elektron jurnalı əhatə edən 25 baza.
Səlcuq Yaşar Kampusu İzmirin Bornova rayonunda yerləşən Səlçuk Yaşar kampusu Yaşar Universitetinin əsas kampusu kimi xidmət edir.
İdman mərkəzi Universitetin İdman mərkəzində tələbələrin sağlam qalması üçün müxtəlif növ fiziki fəaliyyətlər həyata keçirilir. İdman mərkəzinə daxildir: idman zalı, tennis kortu, rəqs studiyası, voleybol və basketbol meydançaları.
Media mərkəzi Universitetdə yüksək texnologiyalı media mərkəzi fəaliyyət göstərir. Televiziya və radio studiyalarının yüksək dəqiqliklə yayımladığı ilk türk universitetidir. Media Mərkəzi müxtəlif dillərdə müntəzəm televiziya və radio proqramları hazırlayır və Yaşar Universitetinin tələbələrinə yüksək keyfiyyətli avadanlıqla praktiki təcrübə imkanı verir.
Alsancak kampusu Kampus universitetin Alsancak şəhərciyində 2014-cü ilə qədər Xarici Dillər Məktəbi kimi fəaliyyət göstərirdi. 2014-cü ildə bütün bölmələr Səlcuq Yaşar Kampusuna birləşdirildi.
Araşdırma mərkəzləri Açıq və Distant Tədris Tətbiqi və Araşdırma Mərkəzi Akdeniz Tətbiq və Araşdırma Mərkəzi Qadın və Ailə Araşdırmaları Mərkəzi Dizayn Tətbiqi və Tədqiqat Mərkəzi Davamlı Təhsil Mərkəzi Beynəlxalq Hüquq Tətbiqi və Tədqiqat Mərkəzi İnnovativ Tədris Tədqiqat Mərkəzi Karyera və Məzun Mərkəzi
İstinadlar
Xarici keçidlər Yaşar Üniversitesi Web Sayfası*
Kateqoriya:Türkiyə universitetləri Kateqoriya:2001-ci ildə Türkiyədə yarananlar