Şəmkir PFK və ya tam adı ilə Şəmkir Peşəkar Futbol Klubu — Şəmkir rayonunu təmsil edən futbol klubu. Azərbaycan İkinci Liqasında çıxış edir. 2017-ci ildə fəaliyyəti dayandırılmış Şəmkir Futbol Klubunun xələfi deyildir. 2023-cü ilədək adı "Qala Şəmkir" FK olmuşdur.

Tarixi 2013-cü ildə şəmkirli iş adamları tərəfindən Şəmkir rayonunun Qədimqala kəndinin yaxınlığında yerləşən Şəmkir qalasının şərəfinə "Qala" futbol klubu ("Qala" FK) adı ilə Şəmkir şəhərində yaranmışdır. "Qala" FK əsasən uşaq komandaları ilə müxtəlif yaş qrupları üzrə Azərbaycan çempionatlarında Şəmkir rayonunu təmsil etmişdir. 2022/2023 mövsümündə Azərbaycan Region Liqasında iştirak etmişdir. 2023-cü ildə "Qala" FK adını "Şəmkir" PFK olaraq dəyişərək Azərbaycan İkinci Liqasında iştirak etməyə başlamışdır. 2017-ci ilədək fəaliyyətdə olmuş Şəmkir Futbol Klubu ilə heç bir tarixi bağlılığı yoxdur. 2024-cü ilin avqust ayında klub rəhbərliyi komandanın rənglərini qırmızı-ağdan qızılı-ağ rənglərə dəyişdirdi və yeni loqonu təqdim etdi.

15 noyabr 2024-cü ildə "Şəmkir" PFK-nın baş məşqçisi Ceyhun Əhmədovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilmişdir.

14 noyabrda İkinci Liqa təmsilçisi "Hypers Guba"nın baş məşqçisi postundan ayrılmış Vüqar Nadirov 16 noyabrda Şəmkir PFK-nın baş məşqçisi təyin olunub.

2025-ci ilin iyul ayında klub rəhbərliyi Azərbaycanın 2 qat çempionu olmuş və 2017-ci ildə fəaliyyəti dayandırılmış Şəmkir FK-nın ənənəsinin davamı məqsədilə yeni loqo qəbul edərək qırmızı-ağ rənglərə qayıtdı.

25 iyul 2026-cı il tarixində klub ictimaiyyətə yeni tünd qırmızı-ağ rəngli loqosunu təqdim etdi.

17 avqust 2026-cı il tarixində "Şəmkir" komandası bütün oyunçuları ilə bağlanan müqavilələri ikitərəfli razılıq əsasında ləğv edib.

Klubun tarixi loqoları

Klubun rəngləri Tünd qırmızı Ağ

Heyəti

2025/2026 mövsümü üçün heyəti (20 sentyabr 2025-ci il)

İstinadlar

Kateqoriya:Azərbaycan futbol klubları Kateqoriya:Şəmkir rayonunun futbol klubları Kateqoriya:2013-cü ildə yaradılmış futbol klubları