Havay Universiteti — ABŞ-ın Havay ştatında dövlət kollec və universitet sistemi. Sistem Havay ştatında altı adada paylanmış 3 Universitet, 7 İcma kolleci, 1 Məşğulluq Təlim mərkəzi, 3 Universitet mərkəzi, 4 Təhsil mərkəzi və müxtəlif Tədqiqat mərləzlərini əhatə edir. Universitet bakalavr, magistr, doktorantura və aspirantura dərəcələri verir.

Havay Universitetinin institutları, mərkəzləri, kollecləri və məktəbləri Qərb məktəbləri və Kolleclər Assosiasiyası tərəfindən akkreditə olunub, həmçinin Sakit Okean Universitetləri Assosiasiyasının üzvləridir.

Universitet "R1: Doktorantura Universitetləri — Çox yüksək tədqiqat fəaliyyəti" kateqoriyasına aiddir.

Universitet sisteminin əsas inzibati binaları Manoadakı Havay Universitetinin ərazisində yerləşir."Office of the President ". University of Hawaiʻi System. Retrieved on October 5, 2011. "Office of the President; 2444 Dole Street; 202 Bachman Hall; Honolulu, Hawaii 96822""Office of the Board of Regents ". University of Hawaiʻi System. Retrieved on October 5, 2011. "Executive Administrator and Secretary of the Board of Regents; 2444 Dole Street; Room 209, Bachman Hall; Honolulu, Hawaii 96822"

Tarixi thumb|Havayı Hall

Havay Universiteti 1907-ci ildə Havay ərazisində Kənd təsərrüfatı və Mexaniki sənətlər üzrə Qrant Kolleci kimi yaradılmış və 1907-ci ildə ilk dərslərini keçirmişdir. 1912-ci ildə Manoa vilayyətinin indiki yerinə köçdü və Havay Kolleci adlandırıldı.

1919-cu ildə kollec Havay Ərazi Qanunverici orqanı tərəfindən universitet statusu aldı və Havay Universiteti adı verildi.

Müasir Havay Universiteti sistemi 1965-ci ildə yaradıldı və Havay ştatının universitet və kolleclərini bir sistem altında birləşdirdi.

Akademik strukturu

Universitetləri Manoadakı Havay Universiteti (1907-ci ildə yaradılmışdır) Hilo Havay Universiteti (1945-ci ildə yaradılmışdır) Qərbi Oahu Havay Universiteti (1976-cı ildə yaradılmışdır)

Ali məktəbləri Daniel K. Inouye Tibb Ali məktəbi Okean, Yer Elmləri və Texnologiyaları Ali məktəbi Jon A. Burns Tibb məktəbi Uilliam S. Riçardson Hüquq məktəbi Shidler Biznes kolleci

Kollecləri Havay Universiteti Maui Kolleci

İcma Kollecləri Hilodakı Havay İcma kolleci Kaliua Havay İcma kolleci Honolulu İcma kolleci Kapiolani İcma kolleci Kauai İcma kolleci Leuard İcma kolleci

Universitet mərkəzləri Qərbi Havaydakı Havay Universiteti mərkəzi Havay Universiteti Kauai mərkəzi Havay Universiteti Maui mərkəzi

Təhsil mərkəzləri Molokai Təhsil mərkəzi Lanai Təhsil mərkəzi Hana Təhsil mərkəzi Levard Təhsil mərkəzi Lahaina Təhsil mərkəzi

İstinadlar

Xarici keçidlər

University of Hawaiʻi Athletics

Kateqoriya:ABŞ universitetləri Kateqoriya:Havay Universiteti