Marşal Universiteti — ABŞ-nin Hantinqton şəhərində ictimai tədqiqat universiteti. Universitet ABŞ Ali Məhkəməsinin dördüncü sədri Con Marşalın şərəfinə adlandırılıb. Tarixi thumb|left|Old Main kampusu. Universitetin ən qədim kampusu. thumb|Con Marşal heykəli.

Marshall Universiteti 1837-ci ildə özəl məktəb kimi təsis edilmişdir. İndi universitetin əsas inzibati binası olan Old Main, o zamanlar Virciniya ştatının Hebron kimi tanınan ərazisində tikilmişdir.Brown, Lisle, ed."Marshall Academy, 1837." Marshall University Special Collections. Sept. 1, 2004, Dec 20. 2006.

30 mart 1838-ci ildə məktəb Virciniya Baş Assambleyası tərəfindən rəsmi olaraq Marşal Akademiyası kimi ayrıldı.Lewis, Virgil A. "A history of Marshall Academy, Marshall College and Marshall College State Normal School." Marshall University. December 20, 2006

1859-cu ildə Virciniya Baş Assambleyası universitetin adını Marşal Kolleci olaraq dəyişdirdi, lakin bu dəyişiklik hələ də onun əsl kollec statusunu əks etdirmədi.

20 iyun 1863-cü ildə Amerika Vətəndaş müharibəsinin qızğın vaxtında Virciniyadan Qərbi Virciniya ştatı yaratmaq üçün 50 əyalət ayrıldı və kollec yeni ştatın bir hissəsi oldu.

1867-ci ildə Qərbi Virciniya Qanunverici orqanı məktəbi müəllimlər üçün təhsil müəssisəsi kimi canlandırdı və onu Marşal Kollecinin Dövlət Pedaqoji məktəbi adlandırdı.Brown, Lisle, ed. "Marshall Academy, 1856." Marshall University Special Collections. Sept. 1, 2004, Dec 20. 2006

Beləliklə, kollecin dövlət ali təhsil müəssisəsi kimi tarixi başladı. XX-ci əsr

Köhnə Əsas kampus istisna olmaqla, binaların və kollecin genişləndirilməsi 1907-ci ildə başladı. Bu dəyişiklər Qərbi Virciniya Müdirlər Şurası sədrlik edən iclasda vəzifənin adını "Direktor"dan "Prezident"ə dəyişdikdə və kollec səviyyəsində yeni şöbələrin yaradılmasına icazə veriləndən sonra oldu. Həmin dövrdə tələbə qəbulu 1000 nəfəri ötmüşdü.https://web.archive.org/web/20160115234600/http://www.marshall.edu/muhistory/EARLY/EARLY.asp

Kollec ilk dəfə 1920-ci ildə dörd illik dərəcələr təklif etməyə başladı.

Qərbi Virciniya Təhsil Şurası 1938-ci ildə Marşall Kollecinə altı proqram üzrə magistr dərəcələri təklif etməyə icazə verdi: Kimya, Elm, Tarix, Politologiya, Psixologiya və Sosiologiya. Elə həmin il kollec "universitet səviyyəli müəssisə" kimi akkreditə olundu. İkinci Dünya Müharibəsindən sonra genişlənmə daha da sürətləndi.

1961-ci ildə Qərbi Virciniya Qanunverici orqanı kolleci universitet statusuna yüksəltdi və bununla da Marşall Universiteti yarandı. thumb| XXI-ci əsr thumb|Universitetin talismanı olan bizon Markonun heykəli.

2021-ci ildə Marşal Universiteti Çarlstondakı Yeager Hava Limanında Bill Noe Uçuş Məktəbini açdı. Bill Noe Uçuş Məktəbi Tədris korpusu, anqar və Təyyarə parkını əhatə edir.

Aviasiya məktəbi iki bakalavr proqramı təklif edir: Kommersiya pilotu Təyyarə və aviasiya texniki xidməti

Bu proqramlar 2021-ci ilin payızından başlayaraq tələbələri qəbul etməyə başladı və gələcəkdə əlavə proqramlarin olunmağı nəzərdə tutulur.

Tələbələrin demək olar ki, 90%-ı universitetdən maliyyə yardımı alır.

Kampusları

Hantington Kampusu Marşall Tibb Mərkəzi Məhkəmə Elmləri Mərkəzi Vizual İncəsənət Mərkəzi Fiziki Müalicə Məktəbi Cənubi Çarleston Kampusu Mid-Ohio Valley Mərkəzi Teays Valley Regional Mərkəzi Erma Bird Ali Təhsil Mərkəzi.

Akademik strukturu thumb|Biotexnologiya Mərkəzi thumb|right|Universitetin İstirahət Mərkəzi.

Marşal Universiteti bakalavr, magistr, doktarantura proqramları təklif edir. Ali məktəbləri və kollecləri:

İncəsənət və Media Kolleci Biznes Kolleci Təhsil və Peşəkar İnkişaf Kolleci Mühəndislik və Kompüter Elmləri Kolleci Sağlamlıq Peşələri Kolleci İncəsənət Kolleci Elm Kolleci Əczaçılıq fakültəsi Fizioterapiya Məktəbi Edvards Tibb Məktəbi

Kitabxanaları

Drinko Kitabxana və İnformasiya Mərkəzi Morrou Kitabxanasının Xüsusi Kolleksiyaları MUSC kitabxanası Atletika

Universitetdə voleybol, üzgüçülük və suya tullanma, tennis, yüngül atletika, futbol, beysbol, basketbol, ​​kross və qolf idman komandaları fəaliyyət göstərir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ universitetləri