Sərkar — Azərbaycan Respublikasının Samux rayonunun Sərkar kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Yaşayış məntəqəsi keçmişdə Gəncə mahalında maldarlıqla məşğul olmuş sərkar elatının adı ilə bağlıdır. Sərkarlar keçmişdə əsasən Şirvanda yaşayan xançobanılann bir qoludur. Şirvan xanları da bu tayfadan idi. Müəyyən tarixi hadisələrlə əlaqədar Gəncə zonasına köçmüş sərkarlar bu tayfanın tirələrindən olmuşdur.

Tarixi Kənd Samux rayonunun inzibati ərazi bölgüsünə 1990-cı ildə daxil edilib. Həmin vaxtadək kənd keçmiş Xanlar (indiki Göygöl) rayonunun sonra isə Səfərəliyev rayonunun tərkibində olub.

Coğrafiyası və iqlimi Sərkar kəndində olan Sarvan bulağının suyu mədə–bağırsaq xəstəliklərin müalicəsində istifadə edilir. Sərkar kəndi mülayim iqlim tipinə malikdir.

Əhalisi Əhalinin tərkibi azərbaycanlılardan ibarətdir. Əhalisinin sayı 5047 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.

İqtisadiyyatı Əhalisinin əsas məşğuliyyətiNİ əkinçilik və maldarlıq təşkil edir.

Mədəniyyəti Kənddə 1 mədəniyyət evi və bir park var.

Təhsil Kənddə 1 uşaq bağçası, 1 tam orta məktəb və 1 musiqi məktəbi fəaliyyət göstərir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Samux rayonunun kəndləri