Serhiy Aleksandroviç Şaptala (; ) — Ukrayna hərbi xadimi. 28 iyul 2021-ci ildən 9 fevral 2024-cü ilə qədər Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Ukrayna Qəhrəmanı (2015), General-leytenant (2021) dövlət mükafatları sahibi..

Həyatı Serhiy Şaptala, 1973-cü il fevralın 5-də Ukraynanın Çerkası vilayətinin Smelyanski rayonunun Konstantinovka kəndində anadan olub. O, 1990-cı ildə Kiyev Ali Ümumqoşun Komandanlığının M. V. Frunze adına İkiqat Qırmızı Bayraqlı məktəbinə daxil olub.

2013-cü ilin fevralında Çernovtsıda 300-cü ayrı-ayrı mexanikləşdirilmiş alayın komandiri təyin edilib. Həmin ilin sonunda alay ləğv edilib.

2014–2017-ci illərdə o, 128-ci dağ piyada briqadasının komandiri olub. O, Donbassdakı münaqişələrin, Debaltsev uğrunda gedən döyüşlərin iştirakçısı olub. 2016-cı ilin noyabrında Rusiya Federasiyasının İstintaq Komitəsi, Sergey Şaptala və digər Ukrayna hərbçilərinə qarşı "Donbassda mülki infrastruktura ağır silahlardan hədəflənmiş artilleriya hücumları"na görə cinayət işi açıb.

Sergey Şaptala, 2017–2020-ci illərdə Cənub Əməliyyat Komandanlığının qərargah rəisi və komandirinin birinci müavini olub. 23 avqust 2018-ci il tarixdə Ukrayna Prezidentinin 242/2018 saylı fərmanı ilə ona general-mayor hərbi rütbəsi verilib.

2020-ci ilin aprel ayında o, "Qərb" əməliyyat komandanlığının qoşunlarının komandiri təyin edilib.

28 iyul 2021-ci ildən 2024-cü il fevralın 9-dək Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub.

24 avqust 2021-ci ildə Ukrayna Prezidentinin 425/2021 saylı fərmanı ilə ona general-leytenant hərbi rütbəsi verilib.

Mükafatları "Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün müdafiəsində göstərdiyi şəxsi cəsarət, qəhrəmanlıq və yüksək peşəkarlığa, Ukrayna xalqına fədakar xidmətə görə" "Qızıl Ulduz" ordeni ilə təltif olunmaqla Ukrayna Qəhrəmanı adına (18 fevral 2015-ci il) layiq görülmüşdür. "Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün müdafiəsində göstərdiyi şəxsi şücaət və qəhrəmanlığa, hərbi anda sədaqətinə görə" "III dərəcəli Bohdan Xmelnitski" ordeni (26 fevral 2015-ci il) ilə təltif edilmişdir.

İstinadlar

Xarici keçidlər Президент присвоїв звання Героя України командиру 128-ї Мукачівської гірсько-піхотної бригади Сергію Шапталі // Офіційне інтернет-представництво Президента України, 18.02.2015

Kateqoriya:Ukrayna tərəfindən Rusiya–Ukrayna müharibəsi iştirakçıları Kateqoriya:Kiyev Ali Ümumqoşun Komandirlər Məktəbinin məzunları Kateqoriya:Donbass müharibəsi iştirakçıları Kateqoriya:III dərəcəli Boqdan Xmelnitski ordeni kavalerləri (Ukrayna) Kateqoriya:Ukrayna general-leytenantları