Midiya (Qədim Fars dilində: Māda, Orta Farsca: Mad), Güney Azərbaycanın (indiki iranda) orta və cənub bölgəsindəydi və Midiya Dövlətinin siyasi və mədəni mərkəzi olaraq tanınırdı.Encyclopædia Britannica Online Media (ancient region, Iran) Əhəmənlər dövründə indiki Azərbaycan, Cənubi Azərbaycanı, Urmiya və Rəşt, Sari, Simnan əhatə edirdi.Əhəmənlər hakimiyyəti altındakı Satrap olaraq, şimalda Dağıstanın cənubuna qədər uzanan daha geniş bir bölgəni əhatə edərdi.Bruno Jacobs, "ACHAEMENID RULE IN Caucasus" in Encyclopædia Iranica. January 9, 2006. Excerpt: "Achaemenid rule in the Caucasus region was established, at the latest, in the course of the Scythian campaign of Darius I in 513-12 BCE. The Persian domination of the cis-Caucasian area (the northern side of the range) was brief, and archeological findings indicate that the Great Caucasus formed the northern border of the empire during most, if not all, of the Achaemenid period after Darius" Ancaq Böyük İsgəndərin müharibələrindən sonra şimal hissələr ayrıldı və Atropaten adlandırıldı, qalan bölgəsiysə Kiçik Midiya olaraq tanındı.

MadaylarGünəş ilahisi Şamaşın orakuluna siyasi işlər üzrə sorğular "[Madayların qoşunundan, Sa]pardayaların qoşunlarından, ya hansı bir ayrı [düşməndən] qaçıb, xilas olacaqlarmı? Sağ-salamat gəlib, salamat çatacaqlarını Assuriya torpağına?"... "Bit-Karide olan qoşunu ilə Madaylar ölkəsinə atlardan ibarət vergini yığmaq üçün girəndə, xilas olacaqlarmı [madayların qoşunundan], İşquzayla[rın qoşunundan, ya hansı bir ayrı düşmən qoşunundan....]?"... "Madaylıların şəhər başçısı Mamitiarş Assuriya çarı [Aşşuraheiddinaya qarşı] düşmənçilik edirmi, müsbət halda [əmrinlə və qərarınla...]?"Ninəvada yerləşən çar arxivindən Aşşuruşallimin məktubu "Urartu, Mannalılar ölkəsi, Madaylar ölkəsi (və) Hubuskinin müdafiə tikintiləri ətrafında təşkil edilmiş keşikçilik haqqında çarın, mənim hökmdarımın, yazdığı kimi: "Onlara əmr ver, gözlərinin arası ölçülüb. Keşikçiliyinizi unutmayın, qoy onların diqqəti ətraflardakı qaçqınlarda olsun."III Adad-nerari (e.ə. 810 – 782) Kalxudan (Nimrud) daş lövhə yazısı "Mən Gündoğan tərəfdəki Siluna dağından Namri, Ellipi, Xarxar, Araziaş, Mesu, Maday, Gizilbundanın hüdudlarına kimi, Munna, Parsua, Allabriya, Abdadanu ölkələrinə, bütün Nairiyə, uzaq olan Andiunu, bütün Badxu dağına -Böyük gündoğan dənizinə qədər olan ölkələrə qalib gələn."III Tiqlatpalasar (TukuIti-apal-Eşarra, e.ə. 745-727) Salnamədən "...Hakimliyimin doqquzuncu ilində Aşşurun, mənim ağamın köməyi ilə Bit-Kapsi, Bit-Sanqibuti, Bit-Tazzakki, Maday, Bit-Zualzaş, Bit-Matti (və) Tupliaş ölkələrinə qarşı çıxış etdim. Bit-İştar, Kindi-Kanqi, Kindiqiasu, Kinqi-alkasiş, Kubuş-Hatidiş şəhərlərini, şölkəsini, Ahsipuna, Qirqira, Kihbazhati şəhərlərini ətraflarındakı məskənlərlə birlikdə zəbt etdim, onların qənimətini ələ keçirdim, sökdüm, dağıtdım, od vurdum."Kalxuda (Nimrud) tapılmış daş üzərindəki yazıdan "...Bit-Hamban, Sumurzu, Bit-Barrua, Bit-Zualzaş, Bit-Matti ölkələrini, TupliaĢlı Nikunun şəhərini, Til-Taranzay, Parsua, Bit-Kibsi ölkələrini və Güclu Madayların Zakruti şəhərinə kimi öz hakimiyyətimə tabe etdim. İki məmurumu onlara hakim qoydum. Bikni dağına kimi bütün Maday başçılarmdan vergilərini aldım."Kalxuda (Nimrud) tapılmış daş üzərindəki yazıdan "Bikni dağına kimi bütün dağ başçılarından vergilərini aldım. Öz məmurumu, Aşşur-Daninannini şərqə, güclü madaylara qarşı göndərdim. 0, 5000 at, adam, hesabsız mal-qara zəbt etdi."II Sarqon (Şarrumken, e.ə.721- 705) Dur-Şarrukin (Xorsabad) sarayının 2 və 5-ci zallarının divar yazılarından "Mən güclü madayalar ölkəsinin 28 başçısından vergi aldım və öz heykəlimi Kar-Şarrukində ucaltdım."II Sarqon (Şarrumken, e.ə.721- 705) Dur-Şarrukin (Xorsabad) sarayının 2 və 5-ci zallarının divar yazılarından "...Hakimiyyətimin səkkizinci ilində mən Mannalılar ölkəsinə və Madaylar ölkəsinə yürüş etdim; Mannalılar ölkəsindən, Ellipidən və dağ məskənlərinin başçılarından bac aldım; Gizilbunda ölkəsinin məskən başçıları Zizi və Zaladan bac aldım; məndən öncə olan hökmdarlardan heç biri buradan bac almamışdı [ ]. Zikirtalı Mitatiyə qırğın törətdim, onun 3 möhkəmləndirilmiş şəhərini, ətraflarındakı 24 kəndlə birlikdə zəbt etdim və əsir apardım."Tang-i Var yazısı "...Elamlı Humbanikaşın (qoşununu) səpələyən, Ka[ral]lu ölkəsini, Şurda ölkəsini, Ki[şes]im şəhərini, Harhar şəhərini, Madaylar ölkəsini, Elli[pi] ölkəsini dağıdan" ... "Bütün Qutium ölkələrini, uzaq Madaylar ölkəsini, [....El]lipi ölkəsini, [Elam ölkəsinin] sərhədindəki Raşi ölkəsini...", mataylarV Şamşi-Adad (e.ə. 823 – 810) Kalxuda (Nimrud) tapılan daşüstü yazıdan "Mataylar ölkəsinə yürüş etdim. Aşşurun dəhşətli silahından və mənim güclu döyüşümün aramsız hücümündan qorxub, onlar öz məskənlərini tərk edib sıldırım dağlara qalxdılar. Mən onları izlədim."Mannukı-Ninuanın məktubu "Mən [dedim onlara ne]cə ki çar, mənim hökmdarım mənə [yazm]ışdı: "Çar sizin şəhər başçınızı tutub [....] Mataylar onun haqda fikir [....] Zab[qaqa...]. Mən verəcəyəm sənə [....] qaytar onu [....] Mən [onlarla] danışandan sonra onl[ar dedilər]: "[....] çıxın Kulumandan [....] Asrukanunun və [...]-irin, Sikris şəhərindən [....]. Sülhə görə onlar öldürmədi məlumatçıları [... ]dan mənim yanıma.", madalılarAzərbaycan tarixi (yeddi cilddə), Bakı, 2007, I cild və ya midiyalılarAzərbaycan Sovet Ensiklopediyası, məqalə "Midiyalılar" (q. fars , , , Maday) – mannalardan sonra Azərbaycanda ikinci dövlət qurumununZ. Bünyadov, Y. Yusifov – Azərbaycan tarixi, Bakı, 2007F. Cəlilov – Azər xalqı, II nəşri, Bakı, 2006 əsasını qoymuş müasir Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamış tayfalardan biridir.Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, səh 65F. cəlilov – Azər xalqı, II nəşri, Bakı, 2006, səh 161 – "Hər hansı bir ərazidə formalaşan xalq əvvəllər həmin ərazidə yaşamış tayfaların birbaşa və ya dolayı xələfidir. Mada əhalisi istər türk olsun, istər qeyri-türk, bugünkü Azərbaycan türklərinin soykökünü təşkil edən tayfalardandır. Mada dövləti, onun etnik tərkibi və mədəniyəti Azərbaycan mədəniyyəti tarixinin müəyyən mərhələsinin ayrılmaz parçasıdır. Ona görə də, Azərbaycan türklərinin islama qədərki tarixində müəyyən dövrü əhatə edən Mada layına biganəlik ən azı metodoloji baxımdan yanlış mövqedir." Azərbaycan xalqının formalaşması prosesində madaylar başqa türk etnosları ilə qaynayıb qarışdı. Onların birbaşa varisləri Cənubi Azərbaycanda türk dilində danışan Madabad, Madi, Mahnabad, Mehni (fars dilinin təsiri ilə d səsi h səsinə keçmişdir) və başqa kəndlərdə yaşamaqdadır Əhməd Kəsrəvi. Namha şəhrha və dihhaye İran. Tehran 1937 (farsca), səh 27. Savalanda indi əhalisi türkdilli Madya kəndi vardır.Əhməd Kəsrəvi. Namha şəhrha və dihhaye İran. Tehran 1937 (farsca)

Etimologiyası

Madayların adı tarixi mənbələrdə ilk dəfə Mādāi – Mātāi şəklində Assur və Urartu mətnlərində xatırlanmışdır.Гейбуллаев Г. А. К этногенезу азербайджанцев, том 1. Баку, 1991, səh 270İ. M. Dyakonov – Midiya tarixi, Moskva-Leninqrad, səh 249 Əksər iranşünaslar madayları irandilli xalq hesab edirlər.John Curtis, British Museum, 2000, 2nd edition. pg 34: "They were an Indo-European people who, like the related Persians, spoke an Iranian language"Andrew Dalby, Dictionary of Languages: the definitive reference to more than 400 languages, Columbia University Press, 2004, pg 278Ian Shaw, Robert Jameson, A Dictionary of Archaeology, Blackwell Publishing, 1999Sabatino Moscati, Face of the Ancient Orient, Courier Dover Publications, Published 2001. pg 67 Prof. Q. Qeybullayev qeyd edir ki, bəzi müəlliflər isə midiyalı və maday anlayışlarını qarışdıraraq bütün midiyalıların İrandillilər olmasını yazmışlar. Hətta qədim fars dilində İrandilli tayfaların dialektlərinə mənsub olan, lakin o zamankı rəsmi fars dilindən fərqlənən dialekt sözlərini midizmlər adlandıraraq madayların İrandilli olmasını göstərən faktlar kimi göstərmişlərКасумова С. Ю. Азербайджан в III—VII вв. Баку, 1992, səh 39- 40. Bununla da Maday etnosunu Azərbaycan türklərinin soykökündən ayırmış, nəticədə Midiya dövləti İran mənşəli etnosun dövləti kimi səciyyələndirilmişdir. Lakin Q. Qeybullayev qeyd edir ki, bu fikirdə dolaşıqlıq açıq – aşkar görünür: "Midiyalılar deyilərkən Midiya imperiyasında yaşayan əhali nəzərdə tutulursa, əlbəttə, orada İrandillilər – müasir farsların, kürdlərin, talışların, giləklərin, tatların və b. ulu əcdadları da vardı. Lakin bütün dövrlərdə türkmənşəli Midiya dövlətinin, farsmənşəli Əhəmənilər və Sasanilər dövlətlərinin ərazilərində heç vaxt İrandilli əhali əksəriyyət təşkil etməmişdir. Əgər İrandillilər mənasında ― Midiyalı dedikdə, Maday etnik adını daşıyanları nəzərdə tuturlarsa, bu doğru deyil və real tarixi faktlar qarşısında qondarma fikir kimi görsənir."Q. Qeybullayev, Bakı, 1994

Madayların Azərbaycanda həm etnik, həm də mədəni cəhətdən mannaların varisi olmaları danılmazdır.Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994Гейбуллаев Г. А. К этногенезу азербайджанцев, том 1. Баку, 1991Юсифов Ю. Б. Топонимы и этническая история древнего Азербайджапа. "Материалы конференции о проблемах Азербайджанского ономастики". Баку, 1986 Manna ərazisində bəzi türkmənşəli şəxs adlarının İran dilləri əsasında izah edilməsi nəticəsində belə nəticə çıxarmışlar ki, artıq er. əv. IX əsrdə Mannada İrandilli əhali də yaşayırdı. İqrar Əliyev Atropatenanın tarixinə dair əsərində E.A. Qrantovskiyə istinad edərək Mannada kifayət qədər İrandilli ünsürlərin olduğunu yazmışdırАлиев И. Г. Очерк истории Атропатены. Баку, 1989 , səh 22. Onun fikrincə Atropatenanın əhalisi əsasən İrandilli idiАлиев И. Г. Очерк истории Атропатены. Баку, 1989. Odur ki, S.Qasımova III – VII əsrlərdə Cənubi Azərbaycanda "qədim İran Midiya dialektləri" ifadəsini işlətmişdirКасумова С. Ю. Азербайджан в III—VII вв. Баку, 1992, səh 181. Cənubi Azərbaycan ərazisində əhalinin İrantipli azəri dilində danışması fikri də bununla bağlıdır.

X əsr ərəb müəllifi Yəqubinin Azərbaycanda yaşaması haqqında məlumata əsaslanırlar: "Azərbaycanın şəhər və mahallarının əhalisi əcəm azəriləri ilə Babəkin olduğu əl – Bəzz şəhərinin sahibləri qədim Cavidanilərin qarışığıdır"Əl Yəqubi, I, 34. Q. Qeybullayev qeyd edir ki, bu məlumatda atropatenlilərin hamısının azəri dilində danışması göstərilmir. Sübut olunmuşdur ki, azəri dilinə aid materiallar Cənubi Azərbaycanın şimal – şərq kuncünə – Ərdəbil mahalına aiddirМиллер Б. В. К вопросу о языке населения Азербайджана до отюречения этой области. Уч. записки. ИЭНК, вып. I, М., 1930 , səh 208. Həm də qeyd olunur ki, bu dildə məlumatlar XIV əsrə qədər gəlir, halbuki XIV əsrdə Cənubi Azərbaycan ərazisində əhalinin İranmənşəli dildə danışdığını demək yalnız elmi naşılıqdır. Heç olmasa ona görə ki, artıq bu zaman Azərbaycan ədəbi dili mövcud idi.Azərbaycan ədəbi dili tarixi, 4 cilddə, I cild, Bakı, 2007, səh 214

Tarixi thumb|250px|left|Eramızdan əvvəl VI-IV əsrlər Azərbaycan xəritəsində madayların yaşadığı ərzilər thumb|175px|right|XVIIICaspian Sea, Terky, Derbent, Astracan. davidrumsey.com əsrin xəritəsində. :en:Herman Moll