Kaxovka su anbarı () — Dnepr çayının aşağı axarlarında 2023-cü ilin 6 iyununa kimi mövcud olmuş su anbarı. Ukraynanın Xerson, Zaporojiya və Dnepropetrovski vilayətlərinin ərazisində yerləşən bu su anbarı və Kaxovka SES Rusiya-Ukrayna müharibəsi gedişatında rus hərbiçiləri tərəfindən dağıdılmışdır.

Xarakteriskası 1956-cı ilsə istifadəyə verilmiş Kaxovka su anbarı əsasən çaydakı su səviyyəsinin mövsümü və illik nizamlanmasına, eləcə də cənubi Ukraynanın su təchizatına xidmət edirdi. Su anbarından Şimali Krım, Kaxovka və Dnepr-Krivoy-Roq kanalları çəkilmişdir. Bu su anbarı Dnepr çayı üzərində inşa olunan 6 kaskad su anbarlarından sonuncusu idi. Su anbarının doldurulmasına 1955-ci ildə başlanılmış və 1958-ci ildə bitmişdir.

Maksimal su həcmi 18,18 km³, faydalı həcmi isə 6,78 km³-dir. Ən dərin yeri 24 metr, orta dərinlik isə 8,4 metrdir. Ümumi sahəsi 2155 km²-dir. Suyun minerallaşması 253—433 mq/dm³ arasında dəyişir.

Balıqçılıq, gəmiçilik, idman və turizm məqsədi ilə istifadə olunan Kaxovka su anbarında Nikopol liman şəhəri inşa edilmişdir.

Dağıdılması

left|thumb|Kaxovka su anbarının dağıdılmasının Sentinel-2 sputnikindən görüntüləri Davam edən Rusiya-Ukrayna müharibəsi zamanı, gecə 06 iyun 2023-cü ildə Kaxovka su anbarı və Kaxovka SES rus hərbiçiləri tərəfindən dağıdıldı. Su anbarı müharibənin ilk günlərindən onu ələ keçirən rus ordusunun nəzarəti altında idi. The New York Times-ın məsləhətləşdiyi mühəndis və döyüş sursatları ekspertləri bildiriblər ki, ən çox ehtimal olunan səbəb daxildən gələn partlayışdır. Müharibənin Tədqiqi İnstitutu bildirib ki, sübutlar Rusiya qüvvələrinin bəndi partlatdığını göstərir.

İstinadlar

Kateqoriya:Ukraynanın su obyektləri Kateqoriya:1956-cı ildə Ukraynada yarananlar Kateqoriya:1956-cı ildə SSRİ-də yarananlar Kateqoriya:Keçmiş su anbarları