Taraskon () — Fransanın cənub-şərqində, Provans-Alp-Kot d'Azur regionunda, Buş-du-Ron departamentində, Arles rayonunda, Şatorenard kantonunda yerləşən kommunadır.

Tarixi

Taraskon 48-ci ildə Provansın cənubundakı dağ silsiləsi olan Alpil regionunda bir Roma şəhəri olaraq meydana gəlmişdir. Şəhər adını Rona çayının sahilində yaşayan və səyahətçilərə hücum edən əjdaha Taraskdan almışdır. Rəvayətə görə, əjdahanı Müqəddəs Marta əhlilləşdirmiş və sonra şəhər əhalisi tərəfindən daşlanaraq öldürülmüşdür. Beləliklə, Müqəddəs Marta Taraskonun himayədarı olmuşdur.

Əhalisi

Kommunanın əhalisi 2011-ci ildə 13105 nəfər, 2012-ci ildə isə 13540 nəfər təşkil etmişdir.Əhali dinamikası :

İstinadlar

Kateqoriya:Fransa şəhərləri