Arizona Universiteti (AU) — ABŞ-ın Arizona ştatının Tuson şəhərində ictimai tədqiqat universiteti. Arizona ərazisində ilk universitetdir.

Universitet "R1: Doktorantura Universitetləri - Çox Yüksək Tədqiqat Fəaliyyəti" kateqoriyasına aiddir. AU həm də Amerika Universitetləri Assosiasiyasının üzvüdür.

Tarixi thumb|upright=1.25|1889-cu il 1862-ci il Morrill Land Grant Aktının qəbulundan sonra Arizonada universitet qurmaq istəyi artdı. Arizona Qanunverici orqanı 1885-ci ildə Arizona Universitetinin yaradılmasını təsdiqlədi və universitetin tikintisi üçün Tuson şəhərini seçdi.

1924-cü ildə Kloyd Marvinin prezident olduğu müddətdə universitet Amerika Universitetləri Assosiasiyası tərəfindən tanındı.

Akademik strukturu Arizona Universiteti bakalavr, magistr və doktorantura dərəcələri təklif edir.https://web.archive.org/web/20170114025133/http://www.registrar.arizona.edu/grades/university-grading-systems AU tədqiqat xərclərini hər il 1 milyard dollara çatdırmağı hədəfləyir. Universitet ölkənin ən yaxşı dövlət universitetlərinin 4%-na daxildir. Arizona NASA-nın ən çox tədqiqat mükafatını alan dördüncü dövlət universitetidir.https://web.archive.org/web/20180222044803/https://ncsesdata.nsf.gov/herd/2016/html/HERD2016_DST_62.html

UA, NASA-nın 2007-08-ci illərdə Marsın Arktikasını araşdırmaq üçün Mars missiyasına rəhbərlik edən Ay və Planet Laboratoriyası üçün 325 milyon dollardan çox və ABŞ tarixində ilk nümunə daxil edən OSIRIS-REx missiyası üçün 800 milyon dollardan çox mükafat almışdır.

Kitabxanaları

AU-nun kitabxana sistemi 6 milyondan çox çap cildindən, 1,1 milyon elektron kitabdan və 75,000 elektron jurnaldan ibarətdir.https://web.archive.org/web/20160816212341/http://www.library.arizona.edu/about/faq/faq-trivia.html

1976-cı ildə açılmış Əsas Kitabxana kitabxana sisteminin istinad, dövri nəşr və inzibati mərkəzi kimi xidmət göstərir. Kolleksiyaların əksəriyyəti burada yerləşir. Əsas Kitabxananın bir hissəsi Xüsusi kolleksiyalar kitabxanasıdır. Xüsusi Kolleksiyalar ədəbiyyat, Arizona və Cənub-Qərb tarixi və Elm sahələrinə aid nadir və arxiv materiallarını saxlayır. Xüsusi Kolleksiyalarda həmçinin Arizona və ABŞ-Meksika sərhədləri bölgəsi torpaqlarına və xalqlarına aid mühüm və əhəmiyyətli kolleksiyalar var.

1996-cı ildə tikilmiş Arizona Sağlamlıq Elmləri Kitabxanası kampusun şimal tərəfindəki Sağlamlıq Elmləri Mərkəzində, Səhiyyə Elmləri Təhsil Binasında yerləşir. Kitabxana Tibb, Tibb bacısı, Əczaçılıq, İctimai Sağlamlıq və Baytarlıq kolleclərinə, Arizona Sağlamlıq Şəbəkəsinə xidmət göstərir və bütün ştatda səhiyyə işçiləri və vətəndaşlar üçün bir mənbədir.

Kampusu

Arizona Universitetinin kampusunun 179 binası Tuson şəhərinin mərkəzinin şimal-qərb hissəsində yerləşir. Kampus kvadrantlara bölünür.

İstinadlar

Xarici keçidlər

Arizona Athletics website

Kateqoriya:Arizona Universiteti Kateqoriya:ABŞ universitetləri Kateqoriya:ABŞ universitetləri