Ağası Babayan (; ) — Ermənistan-sovet rejissoru, ssenaristi və aktyoru.Agasi Babayan, IMDb 1974-cü ildə RSFSR-in əməkdar artisti adını almışdır.
Həyatı Ağası Babayan 21 dekabr 1921-ci ildə Ermənistan SSR-nin Ciğdamlı kəndində anadan olmuşdur. O, Sergey Gerasimov adına VGİK-də aktyorluq və rejissorluq üzrə təhsil almışdır. Babayan sonradan neçə il "Armenfilm"də işləmişdir.Agasi Babayan at the kino-teatr encyclopedia (in Russian) 1952-ci ildə "Mosnauçfilm" studiyasına köçmüşdür. O, 1961-ci ildə çəkilmiş "Dersu Uzala" filminin (sonralar Akira Kurosava tərəfindən yenidən işlənmiş) orijinal film versiyasını, eləcə də Vitali Biyankinin tayqada çəkilmiş hekayələri əsasında vaşaq Kunak haqqında dörd film silsiləsi ilə məşhurdur. O, təbiət, tarix və musiqi ilə bağlı bir sıra sənədli filmlər də hazırlamışdır. Babayan 17 noyabr 1995-ci ildə vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Ermənistan ssenaristləri Kateqoriya:Ermənistan aktyorları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:Rusiya ssenaristləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Rusiya aktyorları Kateqoriya:XX əsr aktyorları