Aşağı Çəmənli — Azərbaycan Respublikasının Beyləqan rayonunun Aşağı Çəmənli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Beyləqan rayonunun Aşağı Çəmənli kəndi Çəmənli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Aşağı Çəmənli kənd Soveti yaradılmışdır.
Toponimikası Yerli əhalinin məlumatına görə, kəndi Ağdam rayonundakı Çəmənli kəndindən ayrılmış ailələr salmışlar. Bəzən Araz Çəmənlisi də adlanır. Oykonim yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə əlaqədar yaranmışdır.
Tarixi
Coğrafiyası və iqlimi Kənd Mil düzündə yerləşir.
Əhalisi Kənd əhalisinin sayı 1143 nəfərdir (2009).
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı
Həmçinin bax
Kateqoriya:Beyləqan rayonunun kəndləri