Gödəklər — Azərbaycan Respublikasının Beyləqan rayonunun Bünyadlı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Düzənlikdədir. Yaşayış məntəqəsi keçmişdə yayı Bazarçay sahilindəki Güney adlı yerdə, qışı isə Mil düzündə keçirmiş xələclərin gödəkli tirəsindən kəlbalılar və nəzərli nəsillərinin özlərinə məxsus qışlaq yerində məskunlaşması nəticəsində yaranmışdırAzərbaycan toponimlərinin ensiklopedik lüğəti. iki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh.292 .
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı
Kateqoriya:Beyləqan rayonunun kəndləri