Fallout — Amazon Prime Video kinoşirkəti tərəfindən istehsal olunmuş postapokaliptik-dram janrında olan ABŞ teleserialı. Eyniadlı rolpley videooyununun motivləri əsasında çəkilib. Serial Ceneva Robertson-Dvoret tərəfindən ekranlaşdırılıb. 10 aprel 2024-cü ildə səkkiz epizoddan ibarət olan birinci mövsümü efirə çıxıb.

"Fallout" oyun seriyası ABŞ-ni viran qoyan nüvə müharibəsindən sonrakı postapokaliptik dünyada cərəyan edir. 2020-ci ildə Amazon şirkəti oyun seriyasının yaradıcılarından serial çəkmək hüquqlarını satın alıb. Həmin ilin iyul ayında "Westworld" serialının yaradıcıları, Conatan Nolan və həyat yoldaşı Liza Coyun Bethesda-nın iştirakı ilə şounu inkişaf etdirmək üçün birlikdə çalışacaqları bəyan edilib. Nolan serialın ilk üç bölümünün rejissoru olub. "Fallout" oyunlarının arxasında duran Bethesda-nın prodüseri Todd Hovard onlara qatılaraq icraçı prodüser kimi öz təcrübəsini komandaya gətirib. 2022-ci ilin yanvarında Robertson-Dworet və Wagner şou-proqramın yaradıcı inkişafına rəhbərlik edən şoumenlər kimi gətirildi. Goggins fevralda, Purnell isə martda aktyor heyətinə qoşuldu.

Süjet

Rollarda

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2020-ci illərin ABŞ dram teleserialları Kateqoriya:Amazon Prime Video orijinal proqramı Kateqoriya:Fallout Kateqoriya:2024-cü ildə başlayan ABŞ teleserialları Kateqoriya:Dram teleserialları Kateqoriya:Macəra teleserialları Kateqoriya:Ekşn teleserialları Kateqoriya:Los-Ancelesdə çəkilmiş televiziya şouları Kateqoriya:Nyu-York ştatında çəkilmiş teleseriallar Kateqoriya:2020-ci illərin ABŞ elmi fantastika teleserialları Kateqoriya:2020-ci illərin ABŞ satira teleserialları Kateqoriya:Retrofuturizm Kateqoriya:Los-Anceles haqqında teleseriallar Kateqoriya:Torontoda çəkilmiş teleseriallar