Aqtaş, həmçinin Aktaş, Al-İl, Yak-Taş; (, ) — Kerç yarımadasının şimalında duzlu və quruyan göl. Göl yaramadanın Leninskiy rayonunda yerləşir. Aqtaş gölü sahəsinin böyüklüyünə görə Krım yarımadasının dördüncü göldür. Sahəsi — 26,8 km², sutoplayıcı hövzəsinin sahəsi — 467 km²-dir. Suyun minerallaşmasına görə — duzlu, mənşəyinə görə isə — liman tiplidir. Su rejiminə görə — axarsızdır.

Coğrafiyası Aqtaş gölü Kerç gölləri qrupuna daxil olub uzunluğu — 8 km, eni isə — 3 km-dir. Ən enli yeri — 3,5 km-dir. Orta dərinlik — 2 m, ən dərin yeri isə — 3 metrdir. Gölün təsərrüfat önəmi yoxdur. Gölə yaxın olan yaşayış məntəqələri: Şelkino və Mısovoe (şimalda), Semyonovka (qərbdə), Azovskoe (şimal-şərqdə).

Şimali Krım kanalı ilə birləşdirilib. Eyni zamanda Azov dənizindən gölün şərq hissəinə gələn kanal mövcuddur. 1979–1981-ci illərdə Krım AES-nın tikintisi zamanı göl kənarında uzunluğu 8 m, eni 85 m, hündürlüyü isə 4 m olan torpaq bənd yaradılmışdır.

Göl Azov dənizindən 1 km məsafədə yerləşir. Göl suyu kimyəvi tərkibinə görə xlorid-natrimludur. Minerallaşma dərəcəsi mövsümə görə dəyişir:110 −310 ‰. Maksimum göstərici avqust-sentyabr ayalarında olur. Ən aşağı duzluluq mart-may aylarında qeydə alınır. Yayın sonunda göl bəzən quruyur. Qurumuş gölün dibində duz qatı meydana gəlir. Nisbətən az duzlu ərazilərdə su bitkiləri müşahidə olunur. Əraziyə düşən orta illik yağıntının miqdarı — 400 mm-dir. Göl əsasən yeraltı sularla və filtirasiya olunmuş dəniz suyu ilə qidalanır.

Aqtaş gölünün şimalında Astanin yasaqlığı var.

İstinadlar Kateqoriya:Ukrayna gölləri Kateqoriya:Azov dənizi hövzələri