Rapallo müqaviləsi — Birinci Dünya müharibəsindən sonra İtaliya Krallığı ilə Yuqoslaviya Krallığı arasında bağlanmış müqavilə idi. Müqavilə Adriatik məsələsini, İtaliyanın Avstriya-Macarıstana qarşı müharibəyə girməsi müqabilində ölkəyə vəd etdiyi ərzailər üzərində iddialarını həll etmək üçün nəzərdə tutulmuşdu. Müharibə paktı İtaliyaya Şərqi Adriatikanın geniş ərazilərini vəd edirdi. Müqavilə 1920-ci il noyabrın 12-də İtaliyanın Rapallo şəhərində imzalanmışdı. Müqavilənin elementlərindən birində Riyekada Fiume Müstəqil Dövlətinin yaradılması nəzərdə tutulurdu.
İstinadlar
Kateqoriya:İtaliyanın modern tarixi Kateqoriya:Sloveniyanın siyasi tarixi Kateqoriya:1920-ci ilin beynəlxalq müqavilələri Kateqoriya:Birinci Dünya müharibəsi Kateqoriya:İtaliyanın müqavilələri Kateqoriya:Yuqoslaviyanın müqavilələri Kateqoriya:Yuqoslaviya tarixi Kateqoriya:Tarixi sənədlər Kateqoriya:İkinci Dünya müharibəsi