thumb|Kosovonun Yaponiyadakı səfirliyi. Kosovo–Yaponiya münasibətləri (; ) – Kosovo ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Kosovonun Tokioda səfirliyi, Yaponiyanın Priştinada səfirliyi yerləşir.
Tarixi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının üzvü olan Yaponiya diplomatı Sadako Oqata 1998-ci ilin noyabrında Kosova müharibəsində baş verən insan hüququ pozuntuları və ölümlər haqqında rəsmi hesabat yayımlamışdır. O, hesabatında kosovolu qaçqınları qorumağı və məsələnin həlli üçün iş görməyi müdafiə etmişdir. Yaponiya hökuməti 1999-cu ilin aprelində Kosovoya humanitar yardım edəcəyini açıqlamışdır.
thumb|Şinzo Abe və Haşim Taçinin görüşü (2019). Yaponiya Kosovonun müstəqilliyini 18 mart 2008-ci ildə tanımışdır. Beləliklə, Yaponiya Əfqanıstan və Türkiyədən sonra Kosovonun müstəqilliyini tanıyan üçüncü Asiya ölkəsi olmuşdur. Ölkələr arasında diplomatik əlaqələr 25 fevral 2009-cu ildə qurulmuşdur. 16 iyul 2010-cu ildə Kosovonun Tokioda səfirliyi, 1 yanvar 2020-ci ildə isə Yaponiyanın Priştinada səfirliyi açılmışdır.
Rəsmi səfərlər Yaponiya xarici işlər naziri Yohey Kono 1999-cu ilin dekabrında Kosovoya rəsmi səfər etmişdir. Kosovo xarici işlər naziri Enver Hocay 2011 və 2012-ci illərdə, Kosovo baş naziri Haşim Taçi 2012 və 2014-cü illərdə Yaponiyaya səfər etmişdir. 2019-cu ildə Yaponiyaya Kosovo prezidenti kimi səfər edən Haşim Taçi Naruhitonun taxta çıxma mərasimində iştirak etmiş və Yaponiya baş naziri Şinzo Abe ilə görüşmüşdür. Kosovo prezidenti Vyosa Osmani 2021-ci ildə Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Yaponiyada səfərdə olmuşdur. Kosovo baş naziri Albin Kurti 2022-ci ildə Şinzo Abenin dəfn mərasimində iştirak etmək məqsədilə Yaponiyaya səfər etmiş və Yaponiya baş naziri Fumio Kişida ilə görüşmüşdür.
İqtisadiyyat 2019-cu ilin məlumatına əsasən Yaponiyanın Kosovoya ixrac etdiyi məhsulların ümumi dəyəri 175 milyon yen, Kosovodan idxal etdiyi məhsulların ümumi dəyəri 32,8 milyon yen təşkil etmişdir.
Mədəniyyət 2008-ci ildə Kosovodan olan rəsmilər Fuci dağına dırmaşmış və dağın zirvəsinə Kosovo bayrağını sacmışdırlar. 2013-cü ildə Hiroşimadan olan bir vətəndaş qrupu 1945-ci ildə Hiroşimaya atılan atom bombası partlayışından qalma, üzərində buddizmdə mərhəmət ilahəsinin təsviri olan, "Sülh daşı" adlı adlı qranit daşı Priştina şəhərində yerləşən Kosovo Muzeyinə bağışlamışdır.
İstinadlar
Xarici keçidlər Yaponiyanın Kosovodakı səfirliyi Kosovonun Yaponiyadakı səfirliyi (arxivləşdirilib)