Alkasobas müqaviləsi (həmçinin Alkasobas-Toledo müqaviləsi və ya sülhü kimi də tanınır) — 4 sentyabr 1479-cu ildə bir tərəfdən Kastiliya və Araqon katolik monarxları, digər tərəfdən V Afonso və onun oğlu, Portuqaliya şahzadəsi Con arasında imzalanmışdır. Bu müqavilə ilə Kastiliyalılar quruda, Portuqaliyalılar isə dənizdə qələbə qazandı,↓ Bailey W. Diffie and George D. Winius "In a war in which the Castilians were victorious on land and the Portuguese at sea, …" in Foundations of the Portuguese empire 1415–1580 , volume I, University of Minnesota Press, 1985, p.152. beləliklə Kastiliya Varisliyi Müharibəsinə son qoyuldu.↓ Historian Malyn Newitt: "All things considered, it is not surprising that the Portuguese emerged victorious from this first maritime colonial war. They were far better organised than the Castilians, were able to raise money for the preparation and supply of their fleets and had clear central direction from … [Prince] John." In A history of Portuguese overseas expansion, 1400–1668, Routledge, New York, 2005, p. 39, 40. Alkasobasda imzalanan dörd sülh müqaviləsinə görə: İzabella Kastiliya kraliçası kimi tanındı, Portuqaliya isə Atlantik okeanında hegemon dövlətə çevrildi.

Müqavilə aşağıdakı məsələləri həll etməyi nəzərdə tuturdu:

V Afonso və Kastiliya monarxlarının müvafiq olaraq Kastiliya taxtından və Portuqaliya taxtından imtina etməsi; Atlantik okeanının və dəniz hüdudlarından kənarda qalan ərazilərin Portuqaliya və İspaniya olmaqla iki təsir zonasına bölünməsi; Kastiliyalı Xuananın taleyi məsələsi; Katolik monarxlarının böyük qızı İzabella ilə Şahzadə Conun varisi Afonso ilə evlilik müqaviləsi. Bu Tercerias de Moura kimi tanınırdı və Katolik Monarxlar tərəfindən nikah cehiz şəklində Portuqaliyaya müharibə təzminatının ödənilməsi nəzərdə tutulmuşdu;↓ Mendonça, 2007, p. 102, 103. Xuananın Kastiliyalı tərəfdarlarının əfv edilməsi

Beynəlxalq hüquqda presedentlər Alkasobas müqaviləsi İspaniya və Portuqaliyanın "gələcək kəşflər üçün ayrılmış sahəni" müəyyən edən ilk sənəd idi, xüsusilə "Afrika qitəsi və Atlantik adaları əraziləri üzərində iki monarxiyanın müvafiq hüquqlarını" təsvir etdi. Bu hadisə müstəmləkəçilik tarixində əlamətdar sayıla bilər. Bu, Avropa güclərinin dünyanın qalan hissəsini "təsir dairələrinə" bölmək və bu sahələr daxilində yerləşən əraziləri müstəmləkə etmək səlahiyyətinə malik olması və orada yaşayan hər hansı yerli xalqdan soruşulmaması prinsipini rəsmi şəkildə əks etdirən ilk beynəlxalq sənədlərdən biridir. Bu, 20-ci əsrin dekolonizasiyasına qədər Avropa güclərinin ideologiya və praktikasında ümumi qəbul edilmiş prinsip olaraq qaldı. Alkasobas müqaviləsi eyni əsas prinsipə əsaslanan bir çox sonrakı beynəlxalq müqavilə və sənədlərin əcdadı kimi qəbul edilə bilər. Bunlara İspaniya və Portuqaliyanın dünya kəşfiyyatındakı mövqelərini daha da dəqiqləşdirən 1494-cü il Tordesilyas müqaviləsi və dörd əsr sonra, eyni şəkildə Afrikanı müstəmləkə sahələrinə bölən 1884-cü il Berlin konfransının qətnamələri daxildir.

Kastiliya varisliyi uğrunda müharibə thumb|250x250px|Ferdinand və İzabella

1474-cü ildə IV Henrinin ölümündən sonra Kastiliya tacına Araqon şahzadəsi II Ferdinandla evli olan padşahın ögey bacısı, Kastiliyadan olan I İzabella ilə kralın qızı, xalq arasında la Beltraneja kimi tanınan Xuana de Trastamara iddia edirdi. Sonrakı vətəndaş müharibəsi dövründə Portuqaliyalı V Afonso Xuana ilə evləndi və onun varislik hüquqlarını müdafiə edərək Kastiliyanı işğal etdi (1475-ci il).

Sülalə mübarizəsinə paralel olaraq, Portuqaliya və Kastiliya donanmaları arasında qızılları və qulları Portuqaliya gücünün əsası olan xarici ərazilərə, xüsusən Qvineyaya daxil olmaq və onlara nəzarət etmək üçün şiddətli dəniz müharibəsi var idi. Bu müharibənin əsas hadisələri qərarsız↓ British historian Ian Robertson: "Civil war, however, was immediately provoked by the partisans of "la Beltraneja", whose claim was supported by the king of Portugal, but after the indecisive battle of Toro (1476) the Portuguese withdrew leaving Fernando and Isabel firmly established" in Spain, the mainland , E. Benn, 1975, p.18.↓ Historian Carl hanson: "In March 1476, the Portuguese and Castilian armies met at Toro. Thanks largely to [Prince] João`s battlefield skills, the Portuguese managed to fight Fernando`s forces to a near draw. But the battle nonetheless effectively ended Afonso`s chances of ruling Castile. His Castilian partisans threw their support to Fernando and Isabella, rather than stick with a lost cause." in Atlantic emporium: Portugal and the wider world, 1147–1497, volume 47 de Iberian studies, University press of the South, 2002, p.128. Toro döyüşü (1 mart 1476), katolik monarxları tərəfindən strateji qələbəyə çevrilmiş↓ Historian Marvin Lunenfeld: ". In 1476, immediately after the indecisive battle of Peleagonzalo, Ferdinand and Isabella hailed the result as a great victory and called a cortes at Madrigal. The newly created prestige was used to gain municipal support (…)" in The council of the Santa Hermandad: a study of the pacification forces of Ferdinand and Isabella , University of Miami Press, 1970, p.27. və Qvineya döyüşüBattle of Guinea: ↓ Alonso de Palencia, Década IV, Book XXXIII, Chapter V ("Disaster among those sent to the mines of gold [Guinea]. Charges against the King…"), p.91–94. (1478) idi. Hansı ki, Portuqaliya bu döyüşlər sayəsində Atlantik okeanında hegemona çevrilmişdi.

Mülkiyyətlər right|thumb|294x294px|Portuqaliyalı V Alfonso

1481-ci ildə papa Aeterni regis adlı bulla ilə müqaviləni ratifikasiya etdikdən sonra, Kanar adalarında Kastiliya suverenliyinə zəmanət verərkən Portuqaliyaya Afrika sahilləri boyunca kəşfiyyatlarını davam etdirmək hüququ verdi.

O, həmçinin kastiliyalılara Portuqaliyanın icazəsi olmadan Portuqaliya mülklərinə üzməyi qadağan etdi. Atlantik okeanında Kastiliya və Portuqaliyanın nüfuz dairələrini müəyyən edən Alkasobas müqaviləsi açıq düşmənçilik dövrünü bitirmiş, eyni zamanda gələcək iddialar və qarşıdurmaların əsasını qoymuşdu.

Portuqaliyanın rəqibi Kastiliya Atlantik okeanını kəşf etməyə qonşusundan bir qədər ləng başlamışdı və yalnız XV əsrin sonlarında Kastiliya dənizçiləri qonşu Portuqaliya ilə rəqabət aparmağa başladılar. İlk rəqabət Kastiliyanın qalib gəldiyi Kanar adalarına nəzarət uğrunda idi. Yalnız Araqon və Kastiliyanın birləşməsi və Rekonkistanın tamamlanmasından sonra daha ərazisi genişlənən və güclənən ölkə xaricdə yeni ticarət yolları və koloniyalar axtarmağa tam qərar verdi.

1492-ci ildə ölkənin müştərək hökmdarları, Portuqaliyanın Afrika və Hind okeanındakı nəzarət xəttini keçərək Atlantik okeanı üzərindən qərbə səyahət edərək Asiyaya çatacağına ümid etdikləri Xristofor Kolumbun ekspedisiyasını maliyyələşdirməyə qərar verdilər.

İstinadlar

Kateqoriya:1479-cu ilin beynəlxalq müqavilələri Kateqoriya:Avropa tarixi Kateqoriya:İspaniyanın müqavilələri Kateqoriya:Portuqaliyanın müqavilələri