Malaya Universiteti — Malayziyanın Kuala–Lumpur şəhərində ictimai tədqiqat universiteti. Universitet Malayziyanın ən qədim və ən yüksək səviyyəli ali təhsil müəssisəsidir və yeni müstəqillik qazanmış Malayada yeganə universitet idi. Universitet Malayziyanın 5 Baş nazirini və ölkənin digər görkəmli siyasi, biznes və mədəniyyət xadimlərini yetişdirmişdir.
Tarixi thumb|Malaya Universiteti thumb|upright=1|left|Tan Tek Guan binası thumb|Malaya Universitetinin kampusunun mərkəzindən yaxınlıqdakı bir neçə ofis binasının görünüşü thumb|left|Universitetin kitabxanası
1949-cu ilin oktyabrında Kral VII Edvard Tibb Kolleci ilə Raffles Kollecinin birləşməsi universitet yaratdı. İlk onillikdə sürətli böyümə universitetin 15 yanvar 1959-cu ildə biri Sinqapurda, digəri isə Kuala-Lumpurda yerləşən 2 müstəqil bölmədə təşkil edilməsinə səbəb oldu. 1960-cı ildə Malaya və Sinqapur hökumətləri universiteti 2 ayrı Milli Universitetlərə böldü. Bir filial Sinqapurda yerləşirdi və Sinqapur Malayziyadan müstəqillik qazandıqdan sonra Sinqapur Universitetinə çevrildi (1980-ci ildə Sinqapur Milli Universiteti ilə birləşdi), digər filial isə Malaya Universiteti adını saxlayaraq Kuala–Lumpurda yerləşirdi.
Qanun 1961-ci ildə qəbul edildi və Malaya Universiteti 1962-ci il yanvarın 1-də təsis edildi.
2012-ci ildə Universitetə Ali Təhsil Nazirliyi tərəfindən muxtariyyət verilmişdir.
Akademik strukturu Fakültələri
Akademiyaları İslamşünaslıq Malayziyaşünaslıq
Mərkəzləri
İnstitutları
Kitabxanaları Universitetin kitabxanasında 2 mln. çox kitab və Elektron Resurs yerləşir.
Muzey və Qalereyaları thumb|Malaya İncəsənət Qalereyası Asiya İncəsənət Muzeyi Zoologiya Muzeyi və Biologiya Elmləri İnstitutu Geologiya Muzeyi Malay Araşdırmalar Muzeyi və Malay Tədqiqatları Akademiyası Malaya İncəsənət Qalereyası
Malaya Universitetinin ərazisində 15 yataqxanası, həmçinin Asiya İncəsənət Muzeyi, Rəsm qalereyası, Tibb Mərkəzi, Nəbatat bağı (Rimba İlmu), teatrı var.
Reytinqı Malayziyanın 1 nömrəli universiteti və Cənub-Şərqi Asiyanın ən yaxşı 3 universitetindən biri hesab olunur. Həmçinin QS, Dünya universitetlərinin akademik reytinqi, U.S. News & World Report kimi ABŞ-ın nüfuzlu nəşriyyatlarına görə dünyanın ən yaxşı 300 universiteti arasında yer alır.
Hal-hazırda MU QS World University Rankingsın reytinqində dünyada 65-ci, Times Higher Education World University Rankinga görə ən yaxşı 300 universitet arasında yer alır.
İstinadlar
Xarici keçidlər Coats of arms of the National University of Singapore and its predecessors
Kateqoriya:Universitetlər Kateqoriya:Malayziya Kateqoriya:Malayziya universitetləri