Herluf Bidstrup () — Danimarka karikaturaçı rəssamı. "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" Beynəlxalq Lenin mükafatı laureatı (1964). Kopenhagendə Rəssamlıq Akademiyasında oxumuşdur (1931–1935). "Sosial-demokraten" (1936-cı ildən), "Land oq folk" (1945-ciildən) qəzetlərində siyasi karikaturaları, məişətə aid yumoristik və satirik rəsmləri dərc olunmuşdur. Bir sıra ölkələrə həsr olunmuş rəsmlər seriyası var. Azərbaycanda olmuşdur; yaradıcılığında "Bakı və bakılılar " mövzusu da əksini tapmışdır.
İstinadlar
Xarici keçidlər Херлуф Бидструп. Гениальный художник-карикатурист
Kateqoriya:"Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər Kateqoriya:Marksistlər