Aya Dimitri kilsəsi — Bizans dövrünə aid kilsə. Şəhərin qoruyucusu olan Selanikli Müqəddəs Demetriyə həsr edilmişdir. Erkən Xristianlıq dövrünə aid əhəmiyyətli bir abidə olan bina 1491-1912-ci illər arasında məscid kimi fəaliyyət göstərmişdir. 1917-ci ildə yandıqdan sonra yenidən qurulan və 1949-cu ildə ibadət üçün açılan kilsənin zirzəmisi muzeyə çevrilib. Bina 1988-ci ildən YUNESKO-nun Dünya İrs Siyahısındadır.Cormack, Robin. Writing in Gold, Byzantine Society and its Icons. London: George Philip, 1985,

Muzey Kilsənin zirzəmisi muzey kimi nəzərdə tutulub. V əsrdə eyni yerdə tikilmiş kilsənin xarabalıqları, kilsənin tarixinə aid sənədlər, VII əsrdə yanğından sonra tikilmiş binanın heykəlləri, məscid olduğu dövrlərdəki kitabəsi, bərpasına dair sənədlər muzeydə nümayiş etdirilir.

Qalereya

İstinadlar

Kateqoriya:VII əsrdə tikilmiş dini binalar Kateqoriya:IV əsrdə yarananlar Kateqoriya:Yunanıstandakı ümumdünya irsi