Hirosima Universiteti (広島大学, Hiroshima Daigaku) — Yaponiyanın Hiqaşirosima və Hirosima şəhərlərində milli—tədqiqat universiteti. Universitet 1929-cu ildə yaradılmış və 1949-cu ildə bir sıra milli təhsil müəssisələrinin birləşməsindən sonra universitet kimi təsis edilmişdir.
Tarixi thumb|Hiroshima University in 1955
Milli Məktəb Təsis Qanununa əsasən, Hirosima Universiteti 31 may 1949-cu ildə yaradılmışdır. İkinci Dünya Müharibəsindən sonra Yaponiyada məktəb sistemi tamamilə islahat edilmiş və müharibədən əvvəlki sistemdə olan ali təhsil müəssisələrinin hər biri yenidən təşkil edilmişdir.
Ümumi qayda olaraq, hər prefekturada bir milli universitet yaradılmış və Hirosima Universiteti müharibədən əvvəlki ali təhsil müəssisələrini Hirosima prefekturasında birləşdirərək yeni sistemə uyğun olaraq milli universitetə çevrilmişdir.
Aşağıdakı 8 məktəb yeni təhsil sisteminə uyğun olaraq Hirosima Universitetinə birləşdirilib:Hiroshima University - History - 1949-1954 on 2021-9-5
Hirosima Ədəbiyyat və Elm Universiteti Hirosima Ali məktəbi Hirosima Qadın Ali Pedaqojı məktəbi Hirosima Ali məktəbi Hirosima Pedaqojı məktəbi Hirosima Gənclər məktəbi Hirosima Ali Texniki məktəbi Hirosima Bələdiyyə Ali Texniki məktəbi
1953-1956-cı illərdə Hirosima Tibb Kolleci Hirosima Universitetinə birləşdirildi.School of Medicine, Hiroshima University - History on 2021-9-5
İndiki Hirosima Universiteti Yaponiya universitetləri və kollecləri arasında mühüm mövqe tutur. İstehsalat sənayesində bir çox məzunu olan Hirosima Ali Texniki Məktəbi 1920-ci ildə yaradılmış və 1944-cü ildə Texniki Kollec kimi yüksəlmişdir.
Hirosima Ali Məktəbi 1923-cü ildə İmperator və hökumət tərəfindən dəstəklənən digər universitetlər üçün tələbələr hazırlayan müharibədən əvvəlki ali məktəblərdən biri kimi yaradılmışdır. Bu institutlar 6 avqust 1945-ci ildə Hirosimaya atılan atom bombası səbəbindən böyük ziyan görsələr də, yenidən qurularaq, birləşərək Hirosima Universitetinə çevrildilər.
Universitetin Aspiranturası 1953-cü ildə açılmışdır.
Məktəb və Kollecləri thumb|Hirosima Universitetində Satake Memorial Zalı
Məktəbləri İnteqrasiya İncəsənət və Elmlər məktəbi Ədəbiyyat məktəbi Təhsil məktəbi Hüquq fakültəsi İqtisadiyyat məktəbi Elm Məktəbi Tibb fakültəsi Stomatologiya fakültəsi Əczaçılıq Elmləri məktəbi Mühəndislik məktəbi Tətbiqi Biologiya məktəbi Kompüter və Məlumat Elmləri məktəbi
Kollecləri Humanitar və Sosial Elmlər Kolleci Qabaqcıl Elm və Mühəndislik Ali Kolleci Həyat üçün İnteqrasiya Elmləri Lisansüstü Kolleci Biotibbi və Sağlamlıq Elmləri Ali Kolleci Ağıllı Cəmiyyət üçün İnnovasiya və Təcrübə Kolleci
Kampusları Hiqaşi-Hirosima Kampusu Kasumi Kampusu Hiqaşisenda Kampusu
Həmçinin bax Yaponiya universitetlərinin siyahısı
İstinadlar
Xarici keçidlər Hiroshima University Hiroshima University Study Abroad Program: Information for incoming exchange students from partner universities
Kateqoriya:Yaponiya universitetləri Kateqoriya:Universitetlər