Naycel Vorburton (, ; ) — Britaniya filosofu. O, daha çox fəlsəfənin populyarlaşdırıcısı kimi tanınır. Vorburton bu janrda bir sıra kitablar yazmaqla yanaşı, estetika və tətbiqi etika sahəsində də akademik əsərlər yazmışdır.Baggini, Julian & Jeremy Stangroom (eds.) New British Philosophy, p. 272. Routledge, 2002. .

Təhsili Naycel Vorburton Bristol Universitetində bakalavr dərəcəsi və Kembricdə Darvin Kollecində PhD dərəcəsi almışdır. O, Nottingem Universitetində müəllim olmuş, 1994-cü ildə Açıq Universitetdə Fəlsəfə Departamentinə qoşulmuşdur. 2013-cü ilin may ayında Açıq Universitetdə baş müəllim vəzifəsindən istefa vermişdir.

Karyerası Naycel Vorburton bir sıra giriş xarakterli fəlsəfə kitablarının, o cümlədən bestseller olan "Philosophy: The Basics" (4-cü nəşr), "Philosophy: The Classics" (4-cü nəşr) və "Thinking from A to Z" (3-cü nəşr) əsərlərinin müəllifidir. O, həmçinin "Philosophy: Basic Readings" (2-ci nəşr) kitabının redaktoru və "Reading Political Philosophy: Machiavelli to Mill" kitabının həmmüəllifi idi. O, fotoqrafiya haqqında, xüsusən də Bill Brandt haqqında geniş yazmış və modernist memar Erno Qoldfingerin bioqrafiyasının müəllifi olmuşdur.

Naycel Vorburton "Virtual Philosopher" fəlsəfə vebloqunu idarə edir və Devid Edmonds ilə müntəzəm olaraq "Philosophy Bites"da bir sıra mövzularda filosoflarla podkast müsahibələri verir.

Seçilmiş əsərləri Philosophy: The Basics (4th ed.) Philosophy: The Classics (4th ed.) Thinking from A to Z (3rd ed.) The Art Question Ernö Goldfinger: The Life of An Architect Free Speech: A Very Short Introduction Philosophy Bites (co-edited with David Edmonds) ; Philosophy Bites. 25 Philosophen sprechen über 25 große Themen (translated by Holger Hanowell), Reclam 2013 Philosophy Bites Back (co-edited with David Edmonds) ; Auf den Schultern von Riesen. 27 Philosophen sprechen über ihre Lieblingsphilosophen (translated by Holger Hanowell), Reclam 2015 A Little History of Philosophy Hope: A New Beginning (An A. Gąsiewski Biography)

İstinadlar

Xarici keçidlər Official site

Kateqoriya:Britaniya filosofları Kateqoriya:Britaniya tarixçiləri Kateqoriya:Nottinqem Universitetinin müəllimləri