Daniel (Danuş) Aleksandroviç Şahverdiyan (; ) — Ermənistan bolşevik inqilabçısı, siyasətçisi, RSDF(b)P üzvü (1902), Ermənistan Sovet Sosialist Respublikasının prokuroru (1922–1923).
Həyatı Daniel Aleksandroviç Şahverdiyan 11 yanvar 1882-ci ildə Borçalı qəzasında yerləşən Aygehad kəndində anadan olmuşdur. Orta təhsilini Tiflisdə almışdır. 1911-ci ildə Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdir. Ermənistan Sosial Demokratları İttifaqının yaradılmasında, bolşevik "Kayt", "Mer xrev" və "Banvori kriv" qəzetlərinin nəşrində, RSDF(b)P Qafqaz təşkilatlarının 1-ci qurultayının işlərində iştirak etmişdir (1903). 1902-ci ildən inqilabi fəaliyyətlə məşğul olmuş, 1904-cü ildən partiya üzvü olmuşdur. 1921-ci və 1924–1928-ci illərdə SSRİ və SSRİ-nin Türkiyədəki ticarət nümayəndəsi olmuşdur. 1922–1923-cü illərdə Ermənistan SSR Xalq Ədliyyə Komitəsində Xalq Komitəsi sədrinin müavini olmuşdur. Repatriasiyanın təşkilində Şahvedyanın böyük əməyi var. 1928–1929-cu illərdə SSRİ Qızıl Xaç Cəmiyyətinin İngiltərə, Almaniya və Belçikadakı nümayəndəsi olmuşdur. 1928-ci ildən SSRİ Xalq Xarici Ticarət Komissarlığında işləmişdir.
Daniel Şahverdiyan 24 oktyabr 1941-ci ildə Stalin repressiyalarının qurbanı olmuşdur. Ermənistana səfəri zamanı Anastas Mikoyan Daniel Şahverdiyanı edam etməkdən xilas etməyə çalışmış, lakin buna nail ola bilməmişdi.
İstinadlar
Əlavə ədəbiyyat
Ազատյան Հ. Գ., Դանուշ Շահվերդյան (Պրոֆեսիոնալ հեղափոխական. կյանքն ու գործունեությունը), Ե., 1975։ Kateqoriya:Ermənistan inqilabçıları Kateqoriya:ÜİK(b)P-nin XIV qurultayının nümayəndələri Kateqoriya:Rusiya inqilabçıları Kateqoriya:Köhnə bolşeviklər Kateqoriya:SSRİ diplomatları Kateqoriya:SSRİ-də repressiya qurbanları