Solent Universiteti — Birləşmiş Krallıqda, Sauthempton şəhərində dövlət universiteti.
Tarixi Universitetin mənşəyi 1856-cı ildə qurulan Sauthempton İncəsənət Kollecinə gedib çıxır. Sauthempton Texnologiya Kolleci və Varşaşdakı Dəniz Araşdırmaları Kolleci birləşdikdən sonra 1984-cü ildə Sauthempton Ali Təhsil İnstitutu yaradıldı.
Sauthempton İnstitutu 12 iyul 2005-ci ildə Solent Universiteti adını aldı.
Kampusları thumb|Solent Universitetinin əsas kampusu (East park Terras) Solent Universitetinin 3 əsas kampusu var: Şəhər, Varşaş və Timsberi kampusları.
Akademik strukturu Fakültələri
Biznesin İdarəetməsi fakültəsi Hüquq və Rəqəmsal Texnologiyalar fakültəsi (Solent Biznes Məktəbi və Solent Hüquq Məktəbini özündə birləşdirir) Yaradıcı İncəsənət fakültəsi Memarlıq və Mühəndislik fakültəsi
Məktəbləri Tibb və Sağlamlıq elmləri Məktəbi Sosial Elmlər və Varşaş Dəniz Məktəbi
Ümumilikdə universitetin nüfuzu artır və ildən-ilə yüksək liqa cədvəllərində yüksəlir. Universitet həmçinin yerli və regional biznes təşkilatlarla, peşəkar orqanlar və sənaye qrupları ilə güclü əlaqələrə malikdir.
Araşdırma proqramları Biznes və Cəmiyyət Universitetdə həmçinin tədqiqatçıların inkişafı proqramını həyata keçirən və tədqiqat, innovasiya və bilik mübadiləsi üçün mükafatlar verən xüsusi Tədqiqat, İnnovasiya və Sahibkarlıq şöbələri var.
Özəl, dövlət və üçüncü sektorlarla işləyən Solent marketinq, İqtisadiyyat, Beynəlxalq iqtisadi inkişaf, Sahibkarlıq və İnnovasiyalar, həmçinin Kibercinayətkarlıq kimi tədqiqat sahələrinə diqqət yetirlir.
Dənizçilik, Texnologiya və Ətraf mühit Tarixən Solent Universitetində əsas tədqiqat sahələrindən biri dənizçilik sektoru olmuşdur. Əsas diqqət sənayeyə təsir edən tətbiqi tədqiqat və innovasiyalara, o cümlədən dəniz təhsili və təliminə (o cümlədən texnologiyanın istifadəsi), məşğulluğa, sağlamlıq və təhlükəsizlik, gender və rifaha yönəlib.
Tədqiqatın digər sahələrinə materialşünaslıq və aşqarların istehsalı: akustika; kompüter şəbəkələri, immersiv texnologiyalar, multimedia rabitəsi və proqram mühəndisliyi, eləcə də davamlı dizayn və süni ətraf mühit daxildir. Burada həmçinin Çin Dənizçilik Mərkəzi yerləşir.
Media Texnologiyası Media Texnologiyası kursları — Yayım Mühəndisliyi, Canlı Səs və Akustika kurslarıdır. Bu kurslar bütün bu əsasları əhatə edən Live Broadkast Tehnologies adlı kursda birləşdirilib.
Həmçinin bax Birləşmiş Krallıq universitetlərinin siyahısı
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1984-cü ildə yaradılmış təhsil müəssisələri Kateqoriya:İngiltərə universitetləri Kateqoriya:Universitetlər