Mütəşəkkil cinayətkarlıq — maddi mənfəət və ya güc əldə etmək üçün məqsədi ilə yaradılmış olan dəstələri ifadə etmək üçün istifadə olunurDiego Gambetta (1996). The Sicilian Mafia: the business of private protection. Harvard University Press. Tilly, Charles. 1985. "State Formation as Organized Crime". In Evans, Peter, Dietrich Rueschemeyer, and Theda Skocpol, eds.: Bringing the State Back In. Cambridge: Cambridge University Press.. Milli və beynəlxalq səviyyədə əlaqələrə malik olan və müəyyən bir təşkilat (və ya təşkilatlanma) vasitəsilə həyata keçirilən xüsusən də narkotik və psixotrop maddələrin ticarəti, maliyyə cinayətləri və silah qaçaqmalçılığı başda olmaqla yüksək gəlir təmin edən cinayətlərin ümumi adıdırVarese, F. (2001). The Russian Mafia: private protection in a new market economy. Oxford University Press.Wang, Peng (2017). The Chinese Mafia: Organized Crime, Corruption, and Extra-Legal Protection. Oxford: Oxford University Press. Chu, Y. K. (2002). The Triads as Business. Routledge. Hill, P. B. (2003). The Japanese Mafia: Yakuza, Law, and the State. Oxford University Press. Mütəşəkkil cinayətkar qruplar müntəzəm olaraq kriminal dəstələr ilə qarışdırılsalar da, əslində onlar müxtəlif funksiyalara görə təşkilatlanmış olan, üfüqi və şaquli iyerarxiyaya malik cinayətkar qruplardırlarInterview with Panos Kostakos: . Lakin ən əsas olan budur ki, onlar bu və ya digər səviyyədə dövlət məmurları ilə əməkdaşlıq edərək ədalətdən və qanundan bir növ immunitet (toxunulmazlıq) əldə etməyə çalışırlarof Organized Crime Retrieved 6 October 2023Profits Transformed the Mob Retrieved 6 October 2023. Mütəşəkkil cinayətkar qruplar daha çox dövlətin güc tətbiq etmək hüququna malik olan hüquq mühafizə orqanları və ona nəzarət edən polislər, hakimlər, prokurorlar və hərbçilər kimi dövlət məmurları ilə əməkdaşlıq etməyə meyllidirlər. Mütəşəkkil cinayətkar qruplar yalnız bir sahədə fəaliyyət göstərsələr də, məsələn, yalnız heroin qaçaqmalçılığı ilə məşğul olsalar da, maliyyələşdirmə, təhlükəsizlik, güc tətbiqi, nəzarət, daşınma və çirkli pulların yuyulması kimi funksiyalar baxımından bir-birilərindən fərqlənirlərMacionis, Gerber, John, Linda (2010). Sociology 7th Canadian Ed. Toronto, Ontario: Pearson Canada Inc. p. 206..

Mütəşəkkil cinayət əməllərinin (cinayətkarlığın) növləri

Oğurluq və dələduzluq: Biznes sahələrinə görə: Qiymətli əşya daşıyan avtomobillərin qaçırılması Oğurluq Müflis olma dələduzluğu (müflis olma saxtakarlığı) Sığorta dələduzluğu Səhm dələduzluğu (Şirkət daxilində) Fiziki şəxslərə görə: Avtomobil oğurluğu Evlərin qarət olunması Kredit kartı saxtakarlığı Səhm dələduzluğu (Səhm qiymətlərinin dəyərinin şişirdilərək satılması) Dövlət istiqamətli: Tenderlərin saxtalaşdırılması Saxta pulların çap edilməsi (Mistifikasiya) Qaçaqmalçılq, saxta etiketlər vasitəsilə, siqaret və spirtli içkilərin qaçaqmalçılığı Qeyri-leqal işçiləri işə götürmək və bu məqsədlər üçün ölkəyə gətirmək Qeyri-qanuni xidmət və malların təqdim edilməsi: Sələmçilik Mərc Qumar Fahişəlik Narkotik maddələrin satışı Silah ticarəti Muzdlu qatil təmini Zəhərli tullantıların utilizasiyası İnsan qaçaqmalçılığı İnsan alveri (Dilənçiliiyə və fahişəliyə məcbur etmə) Çirkli pulların yuyulması

Axırıncı dövrlər

Axır zamanlarda beynəlxalq və milli təhlükəsizliyi təhdid edən ən mühüm problemlərdən biri hesab edilir. Onların terror təşkilatları ilə də əlaqələri mövcud ola bilər.

Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Avropa İşçi Qrupunun 28-31 mart 1996-cı il tarixlərində Almaniyanın Leypsiq şəhərində keçirilmiş olan iclası zamanı mütəşəkkil cinayətkarlığın formalaşması üçün müəyyən edilmiş kriteriyalar aşağıdakılardır:

Haqsız qazanc əldə etmək üçün bir yerə yığılmış və aralarında əmək bölgüsü olan iyerarxik struktur, Cinayət yolu ilə əldə edilmiş olan gəlirlər, Cinayətlərin törədilməsi məsələsində müntəzəmlik, Mövcud mütəşəkkil strukturun daxilində tətbiq edilən sanksiya sisteminin mövcud olması, Zorakılıq və təhdid kimi üsullardan istifadə edilməsi, Dövlət və şəxsi (xüsusi) sektorlara nüfuz edilməsi, Əldə edilmiş olan çirkli pulların yuyulması.

İstinadlar

Xarici keçidlər

Mob Life: Gangster Kings of Crime — slideshow by Life magazine UNODC — United Nations Office on Drugs and Crime — sub-section dealing with organized crime worldwide "Organized Crime" — Oxford Bibliographies Online: Criminology.

Kateqoriya:Mütəşəkkil cinayətkarlıq Kateqoriya:Növlərinə görə cinayətkarlıq Kateqoriya:Qeyri-qanuni peşələr